Gürcüstanda prezident seçkisi yeni qaydada aparılacaq...

Bu ilk dəfədir tətbiq edilir. Belə ki, hakim “Gürcü arzusu” partiyası prezidentliyə namizədlə bağlı siyasi şuranın iclasını keçirib. Tezadlar.az Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqlamasına istinadla bildirir ki, partiyanın mərkəzi ofisində baş tutan görüşün ardınca mətbuata açıqlama verilib. Siyasi şurasının iclasından sonra keçirilən brifinqdə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi təqdim edib. Qeyd edək ki, prezident seçkiləri dekabrın 14-nə təyin edilib. Prezidentin andiçmə mərasimi seçkilərin üçüncü bazar günü - dekabrın 29-da baş tutacaq.

Xatırladırıq ki, bu il ilk dəfə olaraq Gürcüstanda prezident seçkiləri yeni sistemlə keçiriləcək. Prezidenti birbaşa qaydada vətəndaşlar deyil, 300 nəfərdən ibarət seçki kollegiyası seçəcək.

Sosial mediada belə bir iddialar var ki, bu üsulun tətbiqi ideyası rəsmi Moskvadan gəlib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN