ABŞ və Avropanın bəzi ölkələrindən Gürcüstana tətbiq olunan sanksiyalar artıq özünü göstərməyə başlayıb...

 Elə "Siz dövlət katibinin keçən həftə bəyanatını gördünüz və o, açıq şəkildə bildirdi ki, biz Gürcüstanı bu addımlara görə məsuliyyət daşımaq, o cümlədən yeni sanksiyalar tətbiq etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik",- deyən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Gürcüstana qarşı gözlənilən sanksiyalarla bağlı sualı cavablandırarkən daha sərt danışıb. Dövlət katibi ötən həftə verdiyi açıqlamada ABŞ-ın sanksiyalar da daxil olmaqla, sərəncamında olan bütün vasitələrdən istifadə edəcəyini açıqlayıb. Sitat: "Mən Gürcüstan rəsmilərinə və ya Gürcüstanda konkret şəxslərə qarşı tətbiq etmək niyyətində olduğumuz potensial sanksiyalardan danışmayacağam. Biz Gürcüstan hökumətinin seçdiyi istiqamətin dəyişməsindən dərin narahatlığımızı açıq şəkildə ifadə etmişik. Siz dövlət katibinin keçən həftə bəyanatını gördünüz və o, açıq şəkildə bildirdi ki, biz Gürcüstanı bu addımlara görə məsuliyyət daşımaq, o cümlədən yeni sanksiyalar tətbiq etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Sanksiyaların nədən ibarət olacağına və onların kimə qarşı yönəldilməsinə gəlincə, bizim rəsmi açıqlamamızı gözləməli olacaqsınız”.

Təbii ki, Gürcüstan kimi iqtisadiyyatı zəif ölkə üçün belə sanksiyalar ciddi təsir göstərəcək. Amma ən pisi odur ki, bu sanksiyalardan daha çox hökumət üzvləri deyil, ölkənin sadə vətəndaşları əziyyət görəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN