Məlumdur ki, hər bir ölkənin iqtisadiyyatının əsas göstəricisi Ümumi Daxili Məhsuludur...
Bəs Azərbycan bu göstəricinin içində necə görünür? Tanınmış iqtisadçı alim Saleh Məmmədov bu barədə maraqlı müqayisəni ortaya qoyub. Sitat: "...Bu rəqəmlər Azərbaycan Respublikasının illər üzrə (1992-2024 fakt və sonrakı dövr üçün proqnoz Ümumi daxili məhsul -ÜDM-nin həcmi) gösəricisini ifadə edir. Rəqəmlər milyard dollarla ölçülür. Cədvəldən göründüyü kimi 2014-cü ilə qədər ÜDM sürətlə artmış, sonrakı 10 il ərzində azalma meylləri baş vermişdir. Ölkə iqtisadiyyatı son 10 ili tamamilə durğunluq dövrünü yaşamışdır. 2014-cü ildə adambaşına düşən ÜDM həcminə görə Azərbaycan Ermənistan və Gürcüstanı təqribən iki dəfə qabaqlayırdı, indi isə təqribən 25-30% geri qalır. Ölkə iqtisdiyyatı 2014-cü il böhranından hələ də çıxa bilməyib, günü-gündən də pisləşmə davam edir. Ciddi tədbirlər görmək, yeni və dərin elmi-texnoloji islahatlar həyata keçirmək zərurəti var...".
Bəs 2014-cü ilə qədər ÜDM sürətlə artdığı halda, sonrakı 10 il ərzində azalma meylləri nədən baş vermişdir? Professorun söylədiyi və cədvəlin də açıq göstərdiyi kimi, ölkə iqtisadiyyatı son 10 ildə niyə davamlı inkişaf edə bilməmişdir? Səbəb nədir???
İnanırıq ki, bu sahədə söz sahibi olanlar bu və ya digər suallara cavab verəcəklər.
A.Məmmədli