Meksikalı aktyor Emilio Eçevarria 81 yaşında vəfat edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazır.
Sənətçi daha çox "Agent 007" filmindəki casus Ceyms Bondun köməkçisi rolu ilə tanınıb
Mənbənin məlumatına görə, Emilio Eçevarria yanvarın 4-də Mexikoda dünyasını dəyişib. Onun ölümünü rəsmi olaraq Meksika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası elan edib.
Qeyd olunur ki, aktyorun yolunu gedən bir qızı var.
E.ŞİRİNOV