Rusiya Federasiyası vətəndaşı Türkiyədə yoxa çıxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV kanalı məlumat yayıb.

23 yaşlı Laura Pisarenkonun axtarışını qardaşı aparır - onun həmyerlisi dekabrın 30-da Yeni il bayramı öncəsi ailəsi ilə əlaqə saxlayıb. Yaxınlarının dediyinə görə, onu sonuncu dəfə İstanbuldakı Rusiya konsulluğunda görüblər. Qızın əynində mavi papaq, qəhvəyi pencək və qara şalvar olub.

Rus qadının harada olduğu ilə bağlı təxminlər var, lakin itkin düşən qadının qardaşı deyib ki, bürokratik gecikmələr axtarışda irəliləyişə mane olur.

“Türkiyə səfirlikdən qohumluq sübutu, bir növ arayış tələb edir. Ancaq səfirlik belə arayış vermədiklərini deyir”, - Laura Pisarenkonun qardaşı bildirib. Versiyalardan birinə görə, qız deportasiya mərkəzinə yerləşdirilə bilərdi.

Oktyabr ayında Türkiyədə itkin düşən daha bir rusiyalı qadının axtarışları kədərli yekunlaşıb. 57 yaşlı qadın evdən çıxaraq yoxa çıxıb. Bir həftə sonra onun meyiti qoz bağında tapılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN