ABŞ-ın Ukraynaya dəstək üçün ayırdığı maliyyə yardımı Rusiya tərəfinin hərbi uğurları fonunda yeni dünya düzəninin yaradılması səbəbindən boşa çıxdı.
Tezadlar.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək deyib.
“Ukraynada sülh ilk növbədə ABŞ-ın özünə lazımdır. Çünki Ukraynadakı münaqişə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ABŞ-ın özünün maraqlarına zidd olmasına gətirib çıxarıb. ABŞ çətin iqtisadi vəziyyətlə üzləşib və borcları var. Dünyanın aparıcı iqtisadçıları bunu etiraf edirlər”, - o deyib.
Siyasətçinin sözlərinə görə, ABŞ iqtisadi böhran içindədir. Bunun əsas səbəbi Amerika tərəfinin dünya səhnəsində hökmranlıq etmək istəyidir. O qeyd edib ki, iqtisadi mərkəz Avrasiyaya doğru dəyişib.
Perinçək vurğulayıb ki, ABŞ hazırda “dünyanın jandarmı” ola bilməz.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts ölkədə fevralın 23-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinə qədər Kiyevə 3 milyard avro məbləğində əlavə hərbi paketin ayrılması ilə bağlı qərarın qəbul oluna biləcəyinə şübhə ilə yanaşdığını bildirib.
Daha sonra ukraynalı jurnalist Diana Pançenko Almaniya hakimiyyətini Avropadan Ukraynaya köçürülən pulların hara getdiyini yoxlamağa çağırıb. Onun sözlərinə görə, yoxlamadan sonra Almaniya tərəfi Ukrayna lideri Vladimir Zelenskiyə qarşı sanksiyalar tətbiq etmək istəyəcək.
Pentaqonun keçmiş müşaviri Trampı Kiyevə dəstəyi dərhal dayandırmağa çağırıb.
E.ŞİRİNOV