ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan bir neçə gün sonra köməkçilərinə Vladimir Putinlə telefon danışığını təşkil etməyi tapşırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN məlumat yayıb.
Söhbətin mövzusu Ukraynadakı münaqişəyə son qoymağa çalışmaq üçün yaxın aylarda siyasətçilərin şəxsi görüşünün müzakirəsi olacaq, -insayder bildirib. Lakin o, söhbətin tarixini dəqiqləşdirməyib.
Gözlənilir ki, Rusiya tərəfi respublikaçı ilə qarşıdakı danışıqlarda “Ukrayna ərazisinin demək olar ki, 20%-nə” nəzarəti saxlamağı tələb edəcək. Bundan əlavə, Kiyev öz hərbi potensialına məhdudiyyətlər qoymalı və NATO-ya qoşulmaqla bağlı planlardan imtina etməli olacaq.
Ukraynalı jurnalistlər Trampın komandasının Ukrayna lideri Vladimir Zelenskinin ətrafına və onun ofisinin rəhbəri Andrey Yermaka qarşı sanksiyalar hazırladığını da öyrəniblər. Bu məhdudiyyətlər Ukrayna liderini gələcək danışıqlara daha münasib edə bilər.
ABŞ-ın yeni seçilmiş prezidenti özü də andiçmə mərasimindən sonra dəfələrlə Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. Bundan əlavə, o, üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər cür səy göstərəcəyini bəyan edib.
E.ŞİRİNOV