Bütün dünya bilir ki, hətta Ukraynada müharibənin 2025-ci ildə başa çatması mümkündür, lakin bunun üçün Rusiyanın dayandırılması lazımdır...

"Xüsusilə, Rusiyaya qarşı sanksiyalar gücləndirilməli və ölkəmizə təhlükəsizlik zəmanətləri verilməlidir və ölkənin dağıdılmış ərazilərinin bərpasına başlanılmalıdır...",- deyən Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın ITV News telekanalına müsahibəsində belə şərh edib. Sitat: "Əgər Rusiyaya işğal olunmuş əraziləri nəzarətdə saxlamağa icazə verilərsə, Vladimir Putin bunu cəzasızlıq siqnalı kimi qəbul edəcək və bir neçə ildən sonra yenidən müharibəyə başlayacaq. Bizə yeni təcavüzü qeyri-mümkün edəcək real təhlükəsizlik zəmanətləri lazımdır".

V.Zelenski onu da deyib ki, 2025-ci ildə müharibəni başa çatdırmaq üçün bütün imkanların yaranıb və ABŞ Prezidenti Donald Tramp da bunu istəyir.

Bəli, əsas odur ki, ABŞ da bunu istəyir... Bəs Rusiya?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN