ABŞ-da 9,0 bal gücündə zəlzələ təhlükəsi qeydə alınıb, hansı ki, bunun ardınca sunami baş verə bilər.
TEZADLAR.AZ xəbər verir ki, bu proqnozu Kolumbiya Universitetinin seysmoloqları verib.
Daily Mail qəzetinin yazdığına görə, alimlərin araşdırmaları göstərib ki, Şimali Kaliforniyadan Oreqon və Vaşinqtondan Britaniya Kolumbiyasına qədər uzanan Kaskadiya qırılması boyunca böyük tektonik gərginlik toplanır. Bu isə zəlzələyə səbəb ola bilər.
Qeyd edək ki, sonuncu dəfə ərazidə güclü təkanlar 1700-cü ildə baş verib və alimlər tarixin yaxın gələcəkdə təkrarlana biləcəyindən ehtiyat edirlər.
Mütəxəssislər, həmçinin dəniz dibinin dəyişməsini proqnozlaşdırırlar ki, bu da nəhəng dalğaya səbəb ola bilər. Ən çox risk altında olan şəhərlər Sietl və Portlend ola bilər.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, hazırda 7 milyondan çox insan yüksək riskli ərazilərdə yaşayır.
JASMİN