"Təzadlar" qəzeti redaksiyasına göndərilən bəyanatda deyilir:

"Uca Allahın adı ilə!

İran İslam Respublikası səfirliyinin şanlı İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə mətbuat bəyanatı:

İran İslam Respublikasının Bakıdakı səfirliyi şanlı İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə bütün əziz həmvətənlərimizə, eləcə də Azərbaycan Respublikasında yaşayan əziz iranlılara səmimi təbriklərini çatdırır.

İslam İnqilabının şanlı qələbəsindən illər keçir; Müstəqillik və azadlıq böyük İran xalqının inqilabından irəli gələn iki qiymətli dəyər olmuşdur. Qürurverici haldır ki, bu gün Ayətullah Xameneinin rəhbərliyi ilə İran İslam Respublikası müstəqil xarici siyasət yeridir.

İran İslam Respublikası zəngin insan kapitalına, mədəniyyətə və tarixə, bol enerji və mineral resurslarına malik nəhəng bir ölkə olaraq, qeyri-qanuni, zülmkar və qəddar sanksiyalara baxmayaraq, İslam İnqilabından keçən yarım əsrə yaxın bir müddət ərzində mühüm nailiyyətlər, o cümlədən bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmək, kosmik elm və dinc nüvə texnologiyasındakı irəliləyişlər, tibb elmləri, kök hüceyrələr, nanotexnologiyalar, biotexnologiyalar və s. kimi sahələrdə yüksək rekordlar əldə etmişdir.

 İran İslam Respublikasının Səfirliyi İslam İnqilabının şanlı qələbəsinin 46-cı ildönümündə Vətən şəhidlərinin, inqilab qurucularının adlarını, keçdikləri yolları uca tutaraq, Azərbaycan Respublikasında yaşayan İran icmasının daha da güclənməsinə sadiq olduğunu bəyan edir. Şübhəsiz ki, İran İslam Respublikasının dost və qardaş ölkə Azərbaycanla müxtəlif ölçülərdə, xüsusən də rəsmi diplomatik münasibətlərin qurulmasından 33 il sonra davam edən qonşuluq siyasəti fonunda yaxşı münasibətlərin möhkəmləndirilməsi Azərbaycan Respublikasında yaşayan həmvətənlərimizın icmasının birləşməsində daha səmərəli olacaq".

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN