Taliban BMT işçilərinə saqqal uzatmağı əmr edib...

 Talibanın Heratdakı Əxlaq və Fəzilət Departamenti BMT-nin kişi əməkdaşlarına saqqalsız işə gəlməmək barədə göstəriş verib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Amu.TV xəbər verib.

Taliban nümayəndələri fevralın 8-də Heratdakı “İslam Qala” mərkəzinə baş çəkib və kişi işçilərə yeni qadağa ilə bağlı xəbərdarlıq ediblər. Saqqal kəsmək və ya qırxmaq həbslə nəticələnəcək.

Nəşrin məlumatına görə, saqqal qırxmaq qadağası Əfqanıstanda humanitar əməliyyatlarda artan fasilələrin ardınca qoyulub. Yardımın çatdırılmasında yaranan problemlər əhali üçün 72 humanitar yardım layihəsini dayandırıb. Noyabrda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi  164 insident qeydə alıb. Qeyd olunur ki, hadisələrin 99 faizi Talibanın hərəkətləri ilə bağlıdır.

 Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

İkinci gəlişləri isə 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu... Və ölkə əhalisi zillət çəkməkdə davam edir, əsasən də qadınlar...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN