Fırıldaqçılar “Qazprom-Media”nın baş direktoru və Roskomnadzorun keçmiş rəhbəri Aleksandr Jarovun oğlunu aldadaraq onun 65 milyonunu və saat kolleksiyasını ələ keçiriblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Nəşrin məlumatına görə, fırıldaqçılar fevralın 8-də özlərini mobil operatorun işçiləri kimi təqdim edərək, 20 yaşlı Nikolay Jarovla əlaqə saxlayıb və SİM kartlara xidmət müqaviləsinin müddətini uzatmağı təklif ediblər - cinayətkarlar arasında məşhur fırıldaqçılıq sxemi. Gənc oğlan cinayətkarlara SMS-dən kod verib və bunun sayəsində onlar onun Dövlət Xidmətləri portalındakı hesabına daxil olublar.
Nəticədə, fırıldaqçılar Nikolayı ailənin 49 milyon rubl, 36 min dollar və 133 min avro məbləğində bütün əmanətlərini kuryerlərə təhvil verməyə məcbur ediblər. Bundan sonra o, onların göstərişi ilə 16 bahalı saat kolleksiyasını lombarda aparıb. Lakin lombard işçisi nəyinsə səhv olduğundan şübhələnib və polisə müraciət edib.
Cinayət işi açılıb, hüquq-mühafizə orqanları dələduzları və onların əlbirlərini axtarır.
Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, Dövlət Xidmətləri portalının nümayəndələri istifadəçilərə heç vaxt zəng etmirlər, bütün zənglər fırıldaqçılardan gəlir.
E.ŞİRİNOV