ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun Ukraynanın kritik minerallarına çıxışını müzakirə etmək üçün bu həftə Kiyevə səfər edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Bessent Kiyevə prezident administrasiyasının müdafiəsi üçün kömək müqabilində Ukrayna ilə resurslara çıxış haqqında razılaşma əldə etmək istədiyini söylədikdən bir neçə gün sonra gedəcək”, - nəşr yazır.
ABŞ Maliyyə Nazirliyinin rəhbərinin Ukraynaya səfər edən ABŞ prezidenti Donald Trampın kabinetinin ilk üzvü olacağı dəqiqləşib.
Nəşr qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Münhen Təhlükəsizlik Konfransı öncəsi Tramp administrasiyasından “ciddi adamlarla” görüşməyi planlaşdırdığını açıqlamışdı.
Bundan əvvəl Cənubi Karolinadan olan Nümayəndələr Palatasının üzvü, respublikaçı Co Vilson ABŞ Konqresinin müzakirəsinə Ukraynaya yeni hərbi yardımın göstərilməsinə dair qanun layihəsini təqdim edib. Sənəd Trampın Ukrayna hakimiyyəti ilə Kiyevə gələcəkdə onun məcburi kompensasiyası şərtləri ilə hərbi yardım göstərilməsi ilə bağlı müqavilələr bağlamaq səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.
E.ŞİRİNOV