Qəzza zolağında atəşkəs razılaşmasının davam etdirilməsi və girovların dəyişdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.

Tezadlar.az xəbər verir ki, bunu TASS-a Fələstinin HƏMAS hərəkatının Qətərdəki Siyasi Bürosunun üzvü Hussam Badran deyib.

“Problem icra zamanı işğalçı hakimiyyət tərəfindən yol verilən pozuntular və sui-istifadələrlə bağlıdır (müqavilə - RED.)”, - o deyib.

HƏMAS sözçüsü vurğulayıb ki, razılaşma bütün müddəaları və detalları ilə açıqlanıb.

Qeyd edəkki, bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail cavab olaraq hər azad edilmiş mülki şəxs üçün 30, hərbçi üçün isə 50 fələstinli məhbusu azad edəcək.

O vaxtdan bəri İsrail və HƏMAS bir neçə mübadilə həyata keçirib. Eyni zamanda, fevralın 8-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatını ləğv etmək və Qəzza zolağında radikalların əlində olan bütün girovları qaytarmaq niyyətində olduğunu açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN