Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində fiziki şəxs Aslanov Elxan Məhərrəm oğluna məxsus su emalı müəssisəsində aparılmış yoxlama zamanı nöqsanlar aşkarlayıb.
Agentlikdən TEZADLAR.AZ-a verilən məlumata görə, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə texnoloji ardıcıllıq prinsipinin pozulduğu, çənlərin və su filtrlərinin mütəmadi olaraq təmizlənmədiyi, məhsulların etiketində istehsalçı, ünvan, istehsal və istifadə tarixləri barədə məlumatların göstərilmədiyi, eyni zamanda başqa istehsalçılara məxsus etiketlərdən istifadə olunduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 92 ədəd 19 litrlik qablaşdırılmış su və 181 ədəd 19 litrlik qablaşdırma materialı saxlanca qoyulub.
Qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.