...Tarif Şurası "Cırtdan" nağılının ədəbi prinsiplərinə uyğun addım atır... Bu dəfə də elə oldu: əhalini şirin yuxuya verib, gecə ikən benzinin, dizelin qiyməti qaldırılır... İndi də qazın (az əvvəl də suyun və işığın) qiyməti qaldırıldı... "Cırtdan" nağılını yada salın:
Div:
-Kim yatıb, kim oyaq???
"Çırtdan":
-Hamı yatıb, Taarif Şurası oyaq...
Div:
-Taarif Şurası niyə oyaq?
-"Cırtdan":
-Qazın, suyun və işığın qiymətini gecə ikən qaldırmaq üçün oyaq...
***
 Hələ iki il əvvə Taarif Şurası qazın qiymətini ABŞ-la, Fransa və Almaniya ilə müqayisələndirib qaldıranda Azərbaycandakı qiyməti Avropa ölkələri, İran və digər ölkələrlə, eləcə də ölümtük Ermənistanla müqayisə edərək araşdırma apararaq "Təzadlar"da yazı dərc etmişdik... Dünyaya qaz satan bir ölkədə qaz daha baha idi, nəinki bu ölkələrdə. Hansı ki, özümüzü Avropa ölkələrindəki qiymətlərlə müqayisə edirik... Bəs əhalinin ailə büdcəsi? Kommunal xərcləri 220-300 manatlıq pensiyası və ya müavinəti ilə ödəyə bilməyən əhalini niyə imtahana çəkirlər? Avropada əhalinin qazancını-gəlirlərini götürəndə biz 3-5 dəfə aşağı səviyyədə dururuq. Hanı ciddi iqtisadi əsaslandırma? Taarif Şurasının isə yalnız bir sözü var: "Bizdə qiymətlər Avropadakından çox aşağıdır!".
Vəssalam! Bəs özümüzü sərf edən sahədə Avropaya uyğunlaşdırırq, sərf etməyən sahədə isə susuruq... Bəs niyə lazımsız xərcləri azaltma barədə düşünən yoxdur??? 
BudurŞ ilin əvvəlində 1000 kubmetri 335 dollar olan təbii qaz iyul ayında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev belə müqayisələndirib izah edir: "Qazın qiyməti iyulda 500 dollara, avqustda isə 600 dollara yaxın olub. Sentyabr ayında birjalarda 1000 kubmetri 700 dollara qalxan qazın qiyməti oktyabr ayında rekord həddə - 1200-1400 dollar aralığına yüksəlib. Üstəlik, neft və qaz avadanlıqlarının qiymətindəki artım da maya dəyərinə kifayət qədər təsir edir. Beləliklə, bu artımların bütün xidmət sahələrinə təsiri tarif məsələsini məcburi şəkildə gündəmə gətirdi".
Yaxşı, dünya birjalarında neftin bir bareli 40 dollara düşəndə niyə Azərbaycanda yanacağın qiymətini aşağı salmırdılar? Axı Taarif Şurası bizi dünya bazarındakı qiymətlərlə idarə edir. Qalxanda qalxırıq, düşəndə isə düşmürük! Belə də iqtisadi təhlil olur? Hansı ki, Azərbaycan qaz alan yox, qaz satan ölkədir!!!
Asif Mərzili
P.S.Bizdə qalxmalını qaldırmırlar, qalxmamalını qaldırırlar... Bəla bundadır... 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN