...Cəsuslar hər addımda gizli təhlükə mənbəyidir... Onlar etibar qazanır, aldadır, saman altından su yeridir və öz çirkin niyyətlərini həyata keçirirlər, arxadan xəncər vururlar... Belə ki, Türkiyə xüsusi xidmət orqanları siyasi və hərbi casusluqda şübhəli bilinən 6 nəfəri həbs edib. Onlardan 4 nəfəri Rusiya vətəndaşıdır. Digər 2 nəfər Özbəkistan və Ukrayna vətəndaşları olsalar da, Rusiyada yaşayıblar.
Türkiyə mətbuatı həmin şəxslərin adlarını da açıqlayıb: Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan Rasayev, Aslanbek Abdulmüslimov, Amir Yusubov və İqor Efrim. İlkin araşdırmaların nəticəsinə görə, cəsus şəbəkəsinin missiyasına Çeçen müxalifətinin Türkiyədə yaşayan təmsilçilərini qətlə yetirmək də daxil olub. Bununla bağlı yayılan məlumatlarda qrupun daha geniş miqyasda, beynəlxalq müstəvidə cəsusluqla məşğul olduqları da qeyd olunur...
Allah pisindən saxlasın və Türkiyəmizi, Azərbaycanımızı belə cəsuslardan qorusun!
A.Məmmədli