Azərbaycanın 44 günlük müharibədə qazandığı dünyəvi imic və qələbəsi bəzi qüvvələri narahat edir və bu təbiidir...
Elə DTX sədri Əli Nağıyevin də narahatlığı burdan qaynaqlanır. "Respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək". Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində bunu təsadüfən deməyib. O, çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışıb.
Azərbaycanda isə indiki məqamda sabitliyi qorumaq hər bir vətəndaşın vicdan və vətəndaşlıq borcu olmalıdır!
A.Məmmədli