Rusiyaya qaçan eks-prezident Viktor Yanukoviç Kiyev Məhkəməsində Ali Radanın onu dövlət başçısı vəzifəsindən uzaqlaşdırmaq qərarına qarşı məsələ qaldıracaq...

"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Yanukoviçin mətbuat katibi Yuri Kirasir Facebook-da paylaşım edib. “Viktor Yanukoviç Kiyev Rayon İnzibati Məhkəməsinə Ukrayna Ali Radasına qarşı iddia qaldırıb. Dördüncü prezident özünün dövlət başçısı vəzifəsindən kənarlaşdırılması ilə bağlı parlament tərəfindən qəbul olunmuş Qətnamənin qəbul edilməsinin qanuniliyinə etiraz etmək niyyətindədir”.
Belə ki, Kirasir Ali Radanın 22 fevral 2014-cü il tarixli Yanukoviçin istefaya getməsi və növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərarını konstitusiyaya zidd adlandırıb. “Ali Rada anladı ki, demokratik yolla seçilmiş prezidenti impiçment yolu ilə hakimiyyətdən qanuni şəkildə kənarlaşdırmaq mümkün olmayacaq, onlar iki variantı nəzərdən keçirdilər: Viktor Yanukoviçi fiziki yolla aradan götürmək və ya qanunu tapdalayaraq hakimiyyəti ələ keçirmək.” Yanukoviçin mətbuat katibi.
Noyabrın 22-də Ukrayna dövləti rəsmi Twitter hesabında qaçmış prezident Viktor Yanukoviçə xatırladıb ki, 13 illik həbs belə günahları yumayacaq.

***

 2014-cü il fevralın 20-də Maydanda təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində onlarla etirazçı həlak olub. Fevralın 21-də insanlar səhərə qədər Yanukoviçin istefası tələbini irəli sürüblər. Həmin axşam Yanukoviç Mejiqoriyadan çıxıb Xarkova, oradan Krıma, sonra isə Rusiyaya qaçıb.
Fevralın 22-də Daxili İşlər Nazirliyi xalqın tərəfinə keçdiyini açıqlayıb. Həmin gün Ali Rada Yanukoviçin Ukrayna prezidenti vəzifəsindən kənarlaşdırılmasına dair qətnaməni dəstəkləyib. Yanukoviç ölkədən qaçdıqdan sonra hüquq-mühafizə orqanları ona qarşı 10-a qədər cinayət işi açıb. 
Kiyevin Obolonski Rayon Məhkəməsi Yanukoviçi dövlətə xəyanətdə təqsirli bilib və 13 il müddətinə azadlıqdan məhrum edib.
2021-ci il noyabrın 5-də Dövlət İstintaq Bürosunun müstəntiqi mütəşəkkil cinayətkar dəstənin rəhbəri kimi Yanukoviçə qarşı şübhəli şəxs qismində istintaq başlayıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN