Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər cari il BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayıblar.
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin cari ilin 21 noyabr tarixində Tehranda keçirilən görüşündən məmnunluq ifadə edilib.
Nazirlər həmçinin bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin digər mühüm regional məsələlər, o cümlədən Əfqanıstanda vəziyyət və onun ölkə daxili və ətraf bölgəyə təsiri, eyni zamanda İranın nüvə proqramı və bu xüsusda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Vyanada aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bir müddətdir İranın bəzi dini və siyasi rəhbərləri Azərbaycana qarşı yersiz iddialarda bulunaraq qonşuluq prinsiplərinə zidd addımlar atıblar. Lakin Azərbaycan və Türkiyə Prezidentlərinin bu yersiz iddialara sərt münasibəti İran tərəfini doğru siyasət yürütməyə sövq etdi. Axı bölgədə üç müsəlman-islam dinli dövlətin arasında ən azı bir dini həmrəylik olmalıdır, nəinki Ermənistan kimi məscidləri təhqir edən bir qondarma ölkəni dəstəkləyərək aranı qarışdırmaq... 

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN