booked.netbooked.net booked.net  

Bu da "Təzadlar"ın sabahkı sayı...

Sizi düşünüb oxumağa deyil, oxuyub düşünməyə dəvət edirik... Biz yaza-yaza getmirik, həm də gedə-gedə yazırıq... Ki, nə vaxtsa bu yazılı-pozumsuz tarixin arxivində nələrisə görə biləsiniz... Məsələn, sabahkı sayımızda sabiq Baş Prokuror Eldar Həsənovun həbsinin pərdəarxası sirrini, eləcə də şəxsi vəsaiti hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinə inanılmaz dəstək verən, amma İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mahmud Süleymanova şəhid ailələrinə yardım adı ilə tələb edilən pulu vermədiyinə görə başı müsibətlər çəkən fermer Teyyub Əli oğlu Abdullayevin Prezident İlham Əliyevə müraciətini... də oxuya biləcəksiniz... 

 

Fermer T.Abdullayev yazır: "...Cənab Prezident, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apelyasiya Şurasının “Əsasnamə”si təsdiq edilmişdir (Maddə 1). Əsasnamədə yazılır ki, “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır”.  Hansı ki, Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Ən maraqlısı budur ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının sədri olan Mahmud Süleymanov  İH başçısının müavini və "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin” müdiridir. Yəni, Mahmud Süleymanovun birbaşa vəzifəsi idi ki, İsmayıllı rayonu üçün məhz öz şəxsi vəsaiti və texnikası ilə taxıl əkib-becərən mən sahibkarın problemini həll etsin, nəinki sahibkara dözülməz problem yaratsın. Mən hələ demirəm ki, Mahmud Süleymanov Sizin tövsiyyə və tapşırıqlarınıza, etibar və etimadınıza  daban-dabana zidd olaraq İsmayıllı rayonundakı vəzifəsinə yad hansı fəaliyyətlə məşğul olur, bunu bütün İsmayıllı sakinləri yaxşı bilir...”.

Bütün bu və ya digər araşdırma yazıları qəzetin sabahkı sayında...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN