Dünən Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər və İdman nazirinin müavini İsmayıl Sultan oğlu İsmayılov vəzifəsindən azad edildi.
Maraqlıdır ki, sərasər 15 il nazir müavini işləyən İsmayıl İsmayılov ölkənin tanınmış media nümayəndələri, hətta idman jurnalistləri tərəfindən sosial şəbəkələrdə rüsvay edilməkdədir. Bəs buna səbəb nədir? Məlum olur ki, İ.İsmayılov Prezidentin onu işdən çıxarma sərəncamından xəbər tutan kimi, belə bir açıqlama verib: “Bugünkü sərəncam mənim üçün gözlənilməz oldu. Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram…”
Gülməli və həm də ağlamalı bir açıqlama. Əslində o, idmanımızın yolunda hər şeyə hazır olsaydı, vəziyyəti belə olmazdı, urvatlı şəkildə tutduğu vəzifəsindən kənarlaşdırılardı. Amma belə olmadı və o, çay içdiyi yerdə xəbər tutdu ki, onu işdən qovublar…
***
O da məlum olur ki, İ.İsmayılov pedoqoji elmlər namizədidir, hətta professor elmi adına layiq görülüb. «Deyib ki, bundan sonra elimi işlərlə məşğul olmağı düşünür. Getsin, Ramiz Mehdiyev Akademiyada onun yolunu gözləyir.
İndi mən loru dildə müəllimin, əslində, nə demək istədiyini sizə anladım: Yaxşı pul yığmışam. Dəyməyin, gedim yığdığımı ömrümün sonuna kimi rahat yeyim”, deyə sosial şəbəkə istifadəçiləri yazırlar…
A.Məmmədli