booked.netbooked.net booked.net  

Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur. Baş Prokurorluqdan "Təzadlar"a verilən rəsmi məlumatda bildirilir ki, istintaqın hazırki mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur. Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır. Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır. Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilmişdir. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

*** 

Baş verən faciəli hadisəyə təəssüf hisini və kədərini ifadə edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili hesab edir ki, bu hadisə hərbi komandanlığımızın diqqət mərkəzində olmaqla, ən azından ölkədə bir günlük matəm elan edilməlidir:

-Bütün hallarda bu faciədir, istintaq hər şeyə aydınlıq gətirəcək... Amma ictimaiyyətin də diqqəti ona yönəlib ki, ölkə üzrə ən azı bir günlük də olsa matəm elan edilməli, həlak olanlara şəhid statusu verilməli və onların bir fəxri məzarlıqda dəfn edilməsi təmin edilməlidir... Sadəcə, söz demək çətindir, böyük faciədir. Yadıma 1991-ci ilin 20 noyabr vertolyot terroru düşür. Fərqli səbəb və məkan olsa da, yenə də yüksək peşəkar və rütbəli zabitlərin bir vertolyotda cəmləşdirilməsi, hətta qəza vaxtı heç birinin paraşütdən istifadə edə bilməməsi və s. ciddi düşünməyə əsas verir... 

Təqdim etdi: Elçin Cəfəroğlu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN