Özünün bildirdiyinə görə, koronavirusa qarşı 8 dəfə peyvənd vurdurmuş RLDP lideri Vladimir Jirinovski
“omikron”dan yaxa qurtara bilməyərək, xətəxanalıq olub.
Ötən gün KİV-də çoxlu xroniki xəstəliklərin sahibi olan Jirinovskinin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi, süni tənəffüs aparatına qoşulması barədə məlumatlar yayılmışdı...
Bu gün isə RLDP-nin mətbuat xidməti liderlərinin özünü yaxşı hiss etməsi, sənədlərlə işləməsi, hətta göstərişlər verməsi barədə məlumat yayıb.
"Jirinovskinin səhhəti normaldır, sənədlərlə işləyir, göstərişlər göndərir", - deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daha əvvəl bildirildiyi kimi, Jirinovski Mərkəzi Klinik Xəstəxanadadır və ona koronavirus diaqnozu qoyulması ilə əlaqədar bütün lazımi tibbi yardım göstərilir. Nazirlikdən verilən məlumata görə, RLDP lideri fevralın 2-də "covid-omikron" diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya aparılıb, vəziyyəti stabildir.
Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı olan Vladimir Volfoviç qəribə, anlamsız, əsassız bəyanatları, Azərbaycan əleyhinə “bostan daşlamaları” ilə gündəmdə qalmağı bacarıb... Əslində onun bu tip bəyanatları heç ciddiyə də alınmır.
Və indi də koronavirusa yoluxan sədrin sağaldıqdan sonra hansı yeni bəyanatlar verəcəyi sual altındadır...
Deyilənə görə, koronavirus sinir sistemini zədələyir...
JASMİN