Ukrayna Silahlı Qüvvələrin istehkamçıları Rusiyanın Tor M1 hava hücumundan müdafiə sistemini partladıblar.
"Təzadlar" xatırladır ki, bu barədə Ukrayna MN-nin Baş Qərargahı məlumat və fotolar yayıb. "Rus hava hücumundan müdafiə sistemi Tor M1 lazımi ünvana çata bilmədi - yoldaca partladıldı. Bunu kim edə bilərdi? Təbii ki, Ukraynalı istehkamçılar utanır deməyə, susurlar”.
Arayış: "Tor" hava hücumundan müdafiə səviyyəsində raket əleyhinə müdafiə vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş bütün hava şəraitinə uyğun Rusiya taktiki zenit-raket kompleksidir. Tor sisteminin özü müəyyən edilmiş hava məkanına nəzarət edir və “dost və ya düşmən” sistemi tərəfindən müəyyən edilməyən bütün hava hədəflərini müstəqil şəkildə vurur.
Bax belə...
A.Məmmədli