Jurnalist və siyasətçi Maksim Şevçenko “Vestnik Kavkaza”-ya verdiyi müsahibəsində Nikol Paşinyanın Ermənistandakı növbədənkənar parlament seçkilərində necə qələbə qazandığını izah edir: respublika vətəndaşları millətçi Robert Koçaryanın hakimiyyəti  dövründə mümkün olmayan sülh və vətəndaş hüquqlarına riayət edilməsini istəyirlər. Şevçenko İranda keçirilmiş prezident seçkisinin nəticələrini də qiymətləndirib, Bakı ilə İrəvan arasındakı sülh prosesində Gürcüstanın mümkün rolunu təhlil edib.

 Necə oldu ki, reytinqi rəqibi  Koçaryandan aşağı olan Paşinyan hakimiyyətdə qala bildi? Paşinyan nəyin hesabına qələbə qazandı?

 - Bu reytinqlər saxta olub, bu, erməni diasporunun Koçaryanın xeyrinə apardığı təbliğatdır, Rusiyada Koçaryanın "Putinin keşikçisi"olması ideyasını irəli sürüb. Hər yerdə erməni əhalisinin ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra  stress vəziyyətində olmasını elan edirlər. Niyə gənc uşaqları "Türkü öldürün"oxumağa məcbur edirdilər? Məlum oldu ki, erməni diasporu erməni əhalisinin real əhval-ruhiyyəsini düzgün başa düşmürdü. Krasnodarda, Zubov bulvarında və ya NTV-də yaşayan ermənilərin səsləri Ermənistan vətəndaşlarının səsi kimi  verilirdi. Real olaraq, Ermənistan xalqı Qarabağ klanına nifrət edir və o, 30 ilə yaxın hakimiyyətdə olduğu dövrdə Azərbaycanı itirib, işğalçı kimi çıxış edərək, bunu Böyük Tiqran və Herodotla  əlaqələndirirlər. Bu vəziyyətdən faydalanan kim oldu? Əlbəttə ki, Zəngilan qızılından tutmuş bütün işğal altında olan əraziləri talayıb dağıdan Qarabağ klanı. Erməni xalqı isə bu dövrdə dilənçi vəziyyətində yaşayıb və ona “ get müqəddəs erməni torpaqları uğrunda öl” deyiblər. Bunu onlara Moskvada, Barvixdə, Peredelkinoda oturan varlanmış insanlar deyib. Nəhayət, biz Ermənistanın öz sakinlərinin səsini eşitdik: “biz müharibə istəmirik, biz vətəndaş hüquqlarımızın təmin edilməsini istəyirik”.

 - Bəs Paşinyan bu hüquqların təmin edilməsinə  zəmanət verəcəkmi?

- Burada Koçaryanın nəyə təminat verdiyini anlamaq vacibdir. Koçaryan müharibəyə təminat verir. O, deyir: "müharibə edəcəyik". İnsanlar Koçaryana, şovinizmə və orta əsrlərə qarşı səs verdilər. Erməni vətəndaşları özlərinin necə yaşamalarını özləri həll edəcəklər. Azərbaycanla sülh müqaviləsi və sərhədlərin qarşılıqlı surətdə tanınması ona gətirib çıxaracaqdır ki, ermənilər Qarabağda da, Gəncədə də, Bakıda da rahat yaşaya biləcəklər. Mən əminəm ki, azərbaycanlılar da Yerevanda öz vətənlərinə qayıda biləcəklər. Gənc nəsil başa düşmür ki, qarşıdurma nəyə lazımdır? Müharibəni qızışdıranlar milyardlar qazanırlar, döyüşlərdə isə kasıb ailələrin uşaqları ölür. Azərbaycan üçün bu, Vətən müharibəsi idi,erməni vətəndaşları isə tamahkarlıq üzündən ölürdülər.

 - Koçaryan bloku məğlubiyyətə baxmayaraq, parlamentə 27 deputatla daxil ola biləcək. Necə bilirsiniz, onun Parlamentdə olması və onun tərəfindən daim tənqidi fikirlər söylənilməsi sülh prosesinə təsir edəcəkmi?

 – Məncə, yox. Paşinyan məsul hökumət formalaşdıracaq və bu hökümət  xəttini davam etdirəcək. Paşinyanın kursu bir çox cəhətdən Levon Ter-Petrosyan tərəfindən formalaşır. Ter-Petrosyan sülh üçün ağlabatan şeyi deyir. Mən əminəm ki, erməni xalqı Marseldə deyil, San-Fransiskoda, Rostovda deyil, Yerevanda, Dilijanda və s.yaşayan nadir dövlətin vətəndaş cəmiyyəti kimi özünü subyekt kimi (nəhəng erməni dünyasının nümayəndəsi kimi yox) tapacaq. Əgər ermənilər öz maraqlarına xidmət göstərsələr, Azərbaycan və Türkiyə ilə sərhədlər açılacaq və Ermənistan da İsveçrə kimi gözəl olacaqdır. Lakin bunun üçün Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

 - Paşinyan son müsahibələrinin birində bildirmişdi ki, müharibədən sonra Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Bundan sonra Paşinyanı sülh prosesinin tərəfdarı hesab etmək olarmı?

 - Əlbəttə, Paşinyanı ağ geyimdə insan adlandırmaq olmaz. Ter-Petrosyandan fərqli olaraq, Paşinyan real siyasətdə işləyir və elə danışmalıdır ki, onu xəyanətdə günahlandırmasınlar. O, Zelenskidə olduğu kimi, eyni fenomenə malikdir. Zelenski qazandı, çünki o, sülhü seçdi. Poroşenko isə müharibə demək idi. Amma Zelenskidən fərqli olaraq, Paşinyan müstəqil ola bildi. Paşinyanı sülh rəmzi hesab etsək, Qarabağ klanı əbədi müharibədir. Onunla hər iki xalqın qanı bahasına olsa da, sülh sazişinin imzalanmasına, sərhədlərin açılmasına və Türkiyə və Azərbaycanla ticarətə ümidlər bağlayırlar. Bu, ermənilərin həyatını yaxşılığa doğru dəyişəcək.

 - Azərbaycanda deyirlər ki, Dağlıq Qarabağın statusu məsələsi bağlanıb, Ermənistanda bunun əksini söyləyirlər. Bu ziddiyyəti necə aradan qaldırmaq olar?

 - Düşünürəm ki, nizamlanma altı platforma vasitəsilə mümkündür: Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan . Bu platforma, həmçinin Gürcüstan və Rusiya arasında problemləri həll edə bilər. Altı platforma Cənubi Qafqazı dünya ərazisinə çevirəcək strateji məqsəddir. İndi Dağlıq Qarabağın statusu məsələsinə əhəmiyyət vermək lazım deyil. Əliyev başa düşür ki, bütün məsələləri birdəfəlik həll etmək olmaz, indi sülh prosesinə keçmək lazımdır. Tezliklə Əliyev və Ərdoğan Putinlə görüşəcək və zənnimcə, orada bu məsələlər də müzakirə olunacaqdır. Əminəm ki, Cenevrədə Bayden Putinin qarşısında Türkiyə və Çinlə strateji münasibətləri pozmaq ultimatumu qoyub. Ancaq, Rusiyanın marağı Azərbaycanla,Türkiyə ilə yaxınlaşmaqdır.Ölkələrimizin süverenliyinin qızıl açarı məhz bu yaxınlaşmada, bu ittifaqdadır.

Rus dilindən tərcümə etdi: Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN