Ukraynada Rusiya qoşunlarının hücumları əsasən yollar üzərindən olur və dar cəbhələrlə məhdudlaşır.
Rusiya qüvvələrinin Xarkov vilayəti istiqamətində hər hansı əlavə qüvvədən istifadə etməsi, yəqin ki, çətin olacaq. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) təhlil yazısı dərc edib. Analitiklərin fikrincə, Rusiya qüvvələri İzyumun cənub-şərqindən və Limanın qərbindən Slavyanska doğru hücuma hazırlaşmağa davam edib və iyunun 10-da Slavyanskdan şimalda cüzi uğurlar əldə edib. Baş Qərargahın məlumatına görə, hazırda Xarkov vilayəti istiqamətində Rusiyanın 30 tabor taktiki qrupu (TTQ) fəaliyyət göstərir ki, bu da iyunun 3-də verilən məlumatdan 10 qrup çoxdur. Bununla belə, İnstitut qeyd edib ki, bu TTQ-lər, çox güman ki, ağır döyüş itkilərinə məruz qalıb və digər bölmələrin qalıqlarından ibarət ola bilər.
Təcrübə də göstərir ki, son 1 ayda rus qoşunları bütün cəbhələrdə əsasən geri çəkilməkdədir...
A.Məmmədli