Ukrayna cəbhəsində vəziyyət dəyişdi: ukraynalılar bir sıra istiqamətlərdə əks-hücum əməliyyatına başlayıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı həmkarı Mark Milli ilə telefon danışığında bildirib. Onun sözlərinə görə, şiddətli döyüşlərin getdiyi Severodonetskdə Rusiya hərbçilərinin hücumu dəf edilib, Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlamaqda davam edir. Sitat: “Düşmən əsas səylərini Luqansk vilayətinin şimalında cəmləyib. O, kütləvi şəkildə artilleriyadan istifadə edir və təəssüf ki, onqat atəş üstünlüyünə malikdir. Amma hər şeyə rəğmən biz mövqelərimizi tutmağa davam edirik. Orada Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim deyil, işğalçının da”.

V.Zalujnının sözlərinə görə, hazırda cəbhə xəttinin uzunluğu 2 450 km-ə çatır, onlardan 1 105-də aktiv döyüş əməliyyatları gedir. Rusiyaya məxsus döyüş texnikalarında çatışmazlıqlar görünür. Ukraynalılarda isə müasir silahlar çoxluq təşkil edir.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN