Yerli mənbələr əməliyyatın Suriyanın şimalında vertolyotlarla həyata keçirildiyini bildiriblər.

TRT xəbər verir ki, bu barədə koalisiya qüvvələri komandanlığından məlumat yayılıb. Bildirilib ki, 16 iyunda Koalisiya qüvvələrinin Suriyada başlatdığı əməliyyat zamanı terror təşkilatı DEAŞ-ın bomba istehsalçısı və təşkilatın Suriya üzrə quldur başçısı tutulmub.

Əməliyyatın Suriyanın hansı bölgəsində və necə həyata keçirildiyi, tutulan terrorçunun kimliyinə dair ətraflı məlumat verilməyib. Ancaq yerli mənbələr əməliyyatın Suriyanın şimalında vertolyotlarla həyata keçirildiyini bildiriblər.

Məlumata görə İraq təhlükəsizlik qüvvələri də Kərkük, Mosul və Diyala şəhərlərində də DEAŞ-a qarşı genişmiqyaslı əməliyyat başladıb. Bildirilir ki, İraq qüvvələrinin əməliyyatı zamanı DEAŞ üzvü 4 terrorçu zərərsizləşdirilib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN