Ukraynalı müğənni Sofiya Rotaru inanılmaz pula belə ruslar üçün korporativ ziyafətdə çıxış etməkdən imtina edib. Rusiyalı model Anna Kalaşnikovanın Rusiya mətbuatına verdiyi məlumata görə, Rotaruya çıxışı üçün 100 min avro təklif edilsə də, o, razılaşmayıb.

Kalaşnikovanın dediyinə görə, ukraynalı müğənni Ukraynadakı müharibəyə görə çətin günlər keçirir və özünü toparlaya bilmir.

"O, əhval-ruhiyyədə deyil, hazırkı vəziyyətə görə konsert fəaliyyətlərindən tamamilə imtina edib. Bilirəm ki, dekabrda ona korporativ məclislər də təklif olunub. Lakin o, qəti şəkildə imtina edir. Sofiya Mixaylovna baş verən hər şeyi ürəkdən qəbul edir, ona hazırlaşmaq çətindir", - deyə model bildirib.

Qeyd etmək lazımdır ki, Rotaru həmişə özünü apolitik adlandırırdı, lakin Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri o, Ukraynada olub, orduya kömək edir və müharibənin bütün dəhşətlərinə cavab verir.

O, sosial şəbəkələrini aktiv şəkildə saxlamasa da, Ukrayna şəhərlərində işğalçıların nə etdiklərini dəfələrlə nümayiş etdirib.

Xatırladaq ki, daha əvvəl Sofiya Rotarunun dostu Ukraynadakı müharibə ilə bağlı susmasına haqq qazandırmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN