...Təcrübə göstərir ki, etnosiyasi problemlərin dərindən elmi şəkildə öyrənilməməsi, onların psixoloji, sosioloji, politoloji cəhətdən qarşılıqlı əlaqələrinin aşkara çıxarılmaması millətlərarası münasibətlərin çox mürəkkəb daxili və xarici ziddiyyətlərinin hələ də dərindən açıqlanmamasına səbəb olmuşdur.
Böyük təəssüflə qeyd edirik ki, separatizmlə müşayiət olunan etniklərarası münaqişələr Azərbaycanın da yerləşdiyi regionun inteqrasiya və hərtərəfli inkişafına mane olan əsas amillərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020 –ci il oktyabrın 26-da xalqa müraciətində bu barədə qeyd edir : “Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büronun 9 üzvündən 8-i erməni idi, 1-i azərbaycanlı. Dağlıq Qarabağda bütün əsas rəhbər vəzifələrdə ermənilər idi.”
Ümumiyyətlə, dünyada separatizmin müxtəlif aspektləri ilə bağlı bir çox tədqiqat işləri mövcuddur. Bu işlərin mövcudluğu separatizm fenomeninin dərk olunmasında və onun tədqiqində atılmış bir addım kimi dəyərləndirilə bilər. Problemin çoxaspektli olması və mürəkkəbliyi bir çox elmi istiqamətlərə kompleks şəkildə yanaşılmasını tələb edir. Xüsusən, problemin fəlsəfi-psixoloji baxımdan öyrənilməsinə böyük ehtiyac vardır. Çünki separatism fenomeninin sosial-psixoloji tədqiqi problemin mahiyyətinin ortaya çıxmasına şərait yaratmış olar. İstənilən dövlətin ərazisində potensial olaraq meydana çıxa bilən separatizm amili müəyyən sosial-psixoloji durumlarda aktivləşir.
Bu baxımdan da Azərbaycanda ilk olaraq BDU-nun Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Bayramov İmdad Mustafa oğlunun “Separatizmin etnopsixologiyası” kitabı problemin nəinki siyasi və hüquqi tərəfi deyil, onun psixoloji-fəlsəfi-sosioloji tərəfini tam açıq surətdə ortaya qoyur. Təqdim edilən kitabın aktuallığını bir sözlə qeyd etmək olar ki, separatçılığın sosial-psixoloji tədqiqi, şəxsiyyətin daha optimal istiqamətdə sosiallaşması imkanlarını gücləndirməyə və cəmiyyətdə sosial-mədəni inteqrasiyaya əngəl olan maneələri aradan qaldırmaq yollarını müəyyənləşdirməyə yardım edir. Dövlətin etnik siyasətinin təkmilləşdirilməsi istqamətində müəyyən tədbirləri həyata keçirmək, ölkə ərazisindəki etnik qrupların etnopsixoloji xüsusiyyətlərini öyrənmək və müasir qloballaşma şəraitində onlarda formalaşan sosial-psixoloji durumun müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Kitabı təhlil edərkən müəllifin bu gün üçün çox önəmli olan iki istiqamətdə məqsədə çatdığını görmək olar,bunlar separatçılığın sosial-psixoloji mahiyyətini və onun müxtəlif formalarda olan təzahürlər üzə çıxarılıb və separatçılığın formalaşması və funksional fəaliyyətinin şərtləri barədə təsəvvürlər sistemləşdirilib.
Müəllifin kitabında rast gəldiyimiz müsbət tərəflərdən biri də, onun Azərbaycan elmində hansı yenliklər gətirməsi ilə bağlı qeydlərdir. Qeyd edək ki, dosent İmdad Bayramov separatçılıq fenomeninin tarixi-sosial dinamika şəraitində sosial-psixoloji səbəblərini, problemin və onun yaranmasına şərait yaradan amillərin psixoloji strukturunu, tiplərini və funksional xarakterini müəyyənləşdirməklə yanaşı tədqiqat işində problemin həlli ilə bağlı əsaslı təklif və tövsiyələrin işləyib təqdim edib. Niyə məhz bu mövzuda tədqiqata ehtiyac var ölkəmizdə. Separatçılığın sosial-psixoloji tədqiqi, şəxsiyyətin daha optimal istiqamətdə sosiallaşması imkanlarını gücləndirməyə və cəmiyyətdə sosial-mədəni inteqrasiyaya əngəl olan maneələri aradan qaldırmaq yollarını müəyyənləşdirməyə yardım edir.
Dövlətin etnik siyasətinin təkmilləşdirilməsi istqamətində müəyyən tədbirləri həyata keçirmək, ölkə ərazisindəki etnik qrupların etnopsixoloji xüsusiyyətlərini öyrənmək və müasir qloballaşma şəraitində onlarda formalaşan sosial-psixoloji durumun müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Etnik psixologiya problemlərinin nəzərdən keçirilməsi hər bir dövlət üçün üçün vacibdir, çünki o, millətlərarası qarşılıqlı əlaqəyə səmərəli yanaşmalar qurmağa, kütləvi ünsiyyət problemlərini həll etməyə, əlavə mədəni xüsusiyyətləri nəzərə alaraq etnik millətlərlə fərdi işi düzgün təşkil etməyə imkan verir. Məhz dosent İmdad Bayramovun bu kitabı dövlətin bu sahədə məşğul olan ekspertlər və qurumlar üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, etnos onun tarixi inkişafı prosesində formalaşmış fərdi, özünəməxsus, etno-psixoloji xüsusiyyətlərin olması ilə səciyyələnir. Eyni zamanda, müəyyən etnopsixoloji xüsusiyyətlərin formalaşmasına təsir edən əsas amillər bunlardır: genetik, təbii-coğrafi, sosial, tarixi və s. Dosent İmdad Bayramov tədqiq etdiyi əsərdə bu kimi amillər dünya alimlərinin gəldikləri nəticələr ilə Azərbaycanda millətlərin psixologiyasını uyğunlaşdırıb çox önəmli qənəatləri ortaya qoyub.
Separatçılığın sosial-psixoloji xüsusiyyətlərinin araşdırılması Azərbaycanda separatçılığın növlərini müəyyənləşdirməyə və onların inkişaf dinamikasını proqnozlaşdırmağa imkan verir. Problemin tədqiqi, Azərbaycanda yaşayan etnik qrupların tarixinin və müasir sosial-psixoloji problemlərinin daha dərindən öyrənilməsi, respublikada milli dövlət quruculuğuna mane olan separatçılıq meyillərinin sosial-psixoloji, sosial-mədəni səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində adekvat addımlar atılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan hökumətinin multikulturalizm istiqamətində apardığı dövlət siyasəti ölkədə etnik, dini və digər separatçılıq amillərinin fəallaşmasına şərait yaratmır. Azərbaycanın multikulturalizm siyasəti modeli digər ölkələr üçün də separatçılıq amillərinin ortadan qaldırılması istiqamətində nümunə ola bilər.
Son olaraq qeyd edək ki, separatçılığın sosial-psixoloji tədqiqi, şəxsiyyətin daha optimal istiqamətdə sosiallaşması imkanlarını gücləndirməyə və cəmiyyətdə sosial-mədəni inteqrasiyaya əngəl olan maneələri aradan qaldırmaq yollarını müəyyənləşdirməyə yardım edir. Dövlətin etnik siyasətinin təkmilləşdirilməsi istqamətində müəyyən tədbirləri həyata keçirmək, ölkə ərazisindəki etnik qrupların etnopsixoloji xüsusiyyətlərini öyrənmək və müasir qloballaşma şəraitində onlarda formalaşan sosial-psixoloji durumun müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
İmdad Bayramov,
Bakı Dövlət Universitetinin professoru