26 may 2023-cü il tarixdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki şəhəri Rəşid bəy Əfəndiyev adına 10 saylıtam orta məktəbin 125 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçrilmişdir.
Məktəbin direktoru Büllur Abdulsəlimli "Təzadlar"a bildirib ki, tədbirdən öncə yubileyin təşkilat komitəsinin üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, “Şəhidlər Xiyabanı”nda “44 günlük Zəfər müharibə”sində canlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Ədəbi-bədii gecədə Şəki şəhər İcra Hakimiyyəti nin başçısı Elxan Usubov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimli, YAP Şəki Təşkilatının sədri Daşqın Mikayılov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (ŞZRTİ) müdiri Bəhruz Mehdiyev, Şəki Gənclər və İdman İdarəsinin rəisi A.Əhmədov, ATİAHİ Şəki rayon komitəsinin sədri Z.Xasıyeva, rayon İcra Hakimiyyətinin və Regional Təhsil idarəsinin əməkdaşları, şəhid ailələri və qazilər, hazırda çalışan və təqaüdə çıxmış təhsil işçiləri, məktəbin məzunları, valideynlər və şəhərimizin qonaqları iştirak ediblər.
Rəsmi açılışdan əvvəl qonaqlar məktəbin 125 illiyinə həsr olunmuş foto-stendlər və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikası Dövlət Himnininsəsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlanmışdır.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Büllur Abdulsəlimli gələn qonaqları salamlayaraq 125 il fəaliyyət göstərən məktəbin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzun şagirdləri haqqında məlumat vermişdir.
Daha sonra məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov məktəb kollektivini 125 illikyubiley münasibətilə təbrik etdi və məktəbin kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladı.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tədbirdə çıxış edərək məktəbin kollektivini 125 illikyubiley münasibəti ilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzuladı. 125 yaşlı təhsil müəssisəsinin böyük inkişaf yolu keçdiyini deyən B.Mehdiyev məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə artdığını diqqətə çatdırdı. Təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu deyən idarə müdiriUlu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütündövrlərdə təhsilin inkişafına böyük diqqət yetirdiyini və Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraqtəhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası MilliMəclisinin deputatı Əli Məsimli təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən bəhs edib. Ölkə Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsilə nəticələndiyini bildirib.
Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının sədri Daşqın Mikayılov da öz çıxışında təhsilin dövlət üçün vacibliyindən danışaraq, məktəbin kollektivinə və onun rəhbəri B.Abdulsəlimliyə bu şərəfli işdə uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər məktəbin 125 illik yubileyi münasibətilə öz təbriklərini çatdırıblar və bu məktəbin daim yeni-yeniuğurlara imza atmasını ən xoş arzularla bildiriblər.
Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
Sonda uzun illər gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyəti və nümunəvi xidmətlərinə görə məktəbin direktoru Billur Abdulsəlimli, bir qrup müəllim və şagirdlər Şəki şəhər İcra Hakimiyyətinin, YAP Şəki Təşkilatıın və Regional Təhsil İdarəsinin Fəxri Fərman və hədiyyələri ilə təltif edilib.