...Təbii ki, cəmiyyətdə hüquqi savadlılığın artırılması çox vacibdir... Lakin təəssüflər olsun, bəzən hüquqşünaslar arasında özünü bilərəkdənmi, yaxud bilməyərəkdənmi, qeyri-peşəkar göstərənlərə rast gəlirik və bu isə yeni hüquqi problemlərə gətirib çıxarır...
***
Hüquqşünas Nadir Adilov bu mövzu ilə bağlı maraqlı şərh yazıb. Tezadlar.az aşağıda təqdim edir:
"Özüm də hüquqşünasam və mediasiya menecmentində hüquqşünaslarla fasiləsiz əməkdaşlıq nəticəsində öyrəndiyim 5-ci həqiqət ondan ibarətdir ki, hüquq peşəsi özlüyündə iki kateqoriyaya bölünür:
1. Hüquqşünas;
2. Hüquqşünasfason.
Hər ikisinin diplomunda ali peşə istiqaməti hüquqşünaslıq yazılır.
1. Hüquqşünaslar mövcud Qanunvericiliyi ən ideal səviyyədə tətbiq etməklə yeni hüquq praktikası, yeni presidentlər, yeni məhkəmə təcrübəsinin yaranması proseslərinə töhfə verirlər. Qanunun düzgün tədbiqinin iştirakçısı olurlar. Vətəndaş, dövlət, özəl sektor münasibətlərindəki proseslərdə pozitiv, nəticə yönümlü olurlar. Hüquq peşəsinə hörmət, xoş təəssürat yaradırlar vətəndaşlarda. Sosial məsuliyyətlidirlər, ictimai proseslərdə qazanc güdmədən könüllü əsaslarla töhfə verirlər. Hüquqi prosedurların qısa vaxt ərzində, süründürməçilik olmadan nəticə ilə tamamlanmasına köklənirlər. Mübahisə, dava, şantaj yolu yox, müzakirə, dialoq, kübar, işgüzar münasibətlər yolu seçirlər. Dost ola bilirlər, etibar edilə bilən olurlar. El dilində desək, demoqoqluq edib hərşeyşünas kimi özlərini aparıb, camaatın zəhləsini tökmürlər. Mədəni olurlar, yüksək ziyalı mövqeyinə malik olurlar. Dövlət siyasətində faydalı olurlar, əməldə, işdə heç bir hay-küy salmadan, populist - avantüris çıxışlar etmədən peşəkar nəticələr ortaya qoyurlar.
2. Hüquqşünasfasonlar isə hüquqşünasın genetikası dəyişdirilmiş dublikatı kimi bir şeydi. Diplomda hüquqşünas yazılsa da bu kateqoriya bütün uğursuzluqlarını mövcud qanunvericilik də daxil olmaqla, gəlib keçmiş bütün qanunların üzərinə atırlar. Hüquqşünasfasonların məntiqi ilə qanunlar onların icazəsi ilə yazılmadığı üçün pisdir. Hüquqşünasfasonlar özündən başqa hər kəsdən, hər şeydən narazıdır. Onlar vətəndaşlar, dövlət orqanları, özəl sektora münasibətdə çox neqativdir, qəddardır və qanunun onlar arasındakı münasibətlərdə tədbiqini deyil, qanunu çeynəməyi üstün tuturlar. Hüquqşünasfason çox tamahkardır, ictimai faydalı deyil, hətta ictimai toksik olduğu üçün təhlükəlidir, zəhərli və zərərlidir. Hüquqşünasfason həmişə özündən razı, özündən müştəbeh, hüquq ekosistemində və hüquq sektorunda olan hər kəsdən, hamıdan həmişə narazıdır. Çünki o düşünür ki, hətta bütün prosessual iştirakçıların belə əvəzinə ondan soruşub qərar verməlidilər. Axı hamının ona borcu var. Yaxud hüquqşünasfason sosial şəbəkələrdə "fırtına yaratmaqla" öz hüquq peşəsindən bəhrələnənləri və hüquq peşəsi işirakçılarını "bullying" etməklə düşünür ki, qanunu düzgün qanmadığına, qanunvericiliyi düzgün tətbiq edə bilmədiyinə, savadsızlığına, neqativ dolu iç dünyasına, vətəndaşı aldatmağına haqq qazandıra biləcək.
Hüquqşünasfason orqanik və təbii məhsulun laborator və xarici əks təsirlər nəticəsində genetik modifikasiya edilərək, genetik kodu saxtalaşdırılmış sata qida məhsulu kimidi zərərlidir. Nənəm rəhmətliyin gözəl bir sözü vardı. Qanana da qurban olum, qanmayana da, dad yarımçıq əlindən. Hüquqşünasfason da yarımçıqdır, natamamdır. Amma bu natamamlığın xeyrini özü, zərərini isə cəmiyyət görür.
Hüquqşünasfason çürükçüdür, müştərini və tərəfləri çərrədəndir, dələduzdur. Hüquqşünasfason proseslərə uzun, anlaşılmayan, nəticə verməyən formada köklənir. Mübahisə, dava, şantaj yolu seçir. Hətta sosial şəbəkələrdə öz müəllimlərinə neqativ şərhlər belə yazır, "master klaslar" keçir. Hüquqşünasfason müzakirə, dialoq, kübar işgüzar münasibətlər qura bilmir. Hüquqşünasfason etibar edilə bilən tip deyil, o namərd obrazının özüdür. El dilində desək, demoqoqluq edib hərşeyşünas kimi onun bunun bostanına qara daşlar atmaqla bir təhər ictimai proseslərdə "mən də varam" məntiqi ilə başın girriyir. Hüquqşünasfasonun mədəni, intellektual səviyyəsi o qədər aşağıdır ki, ilk salamdan sonra kiminsə qeybətinə, dedi-qodusuna, şər-şantajına, böhtanına keçir.
Hüquqşünasfasonun heç vaxt ziyalı obrazı olmur. Hüquqşünasfason əməldə, işdə heç bir zəhmət çəkmədən hay-küy salaraq, populist-avantüris çıxışlar edərək peşəkar nəticələrə nail olmaq üçün hər kəsi, hamını şantaj etmək, ləkələmək, gözdən salmaq strategiyası seçir.
Hüquqşünasfasonlar təəssüf ki, hər yerdədir, bütün sektorlara siyarət edə biliblər. Bu çox təhlükəlidir.
Geniş mövzudur, peşəkarlarla kofe məclisində geniş müzakirəyə açıq olan mövzudur.
Allah peşəkar hüquqşünaslarımızı qorusun. Allah hər kəsi, xalqımızı, millətimizi, dövlətimizi Hüquqşünasfasonlardan qorusun.
Nə etmək olar? Ən azı Hüquqşünasla Hüquqşünasfasonu ayıran bir meyar məncə yaratmaq olar. Hüquqşünasfason terminimi istifadə etmək istəyən hər kəsə haqq halal edirəm. Əgər rastınıza eləsi çıxsa, rahat-rahat hüquqşünasfason terminindən istifadə edə bilərsiniz...".
Təqdim etdi: Elbar ŞİRİNOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN