Türkiyə istehsalı olan "Aşk-ı Memnu" serialında Şayeste obrazını canlandıran aktrisa Fatma Karanfil vəfat edib.

fBir müddətdir xərçəngdən müalicə alan 72 yaşlı aktrisanın ölüm xəbərini meneceri Aslı İslamoğlu yayıb: 

"“Dəyərli oyunçumuz Fatma Karanfili itirdik.Türkiyə kino və teatrının hörmətli adlarından olan çox dəyərli aktrisamız Fatma Karanfilin vəfatını dərin hüznlə öyrəndik. Sənət həyatı boyu bir çox uğurlu layihələrdə iştirak edən və bir çox mükafatlara layiq görülən Fatma Karanfil təkcə aktyorluğu ilə deyil, həm də zərifliyi, zəhmətkeşliyi, insanlığı ilə örnək alınan bir ad idi. Bu ağrılı itki bizi dərindən kədərləndirsə də, Fatma Karanfilə Allahdan rəhmət diləyir, ailəsi başda olmaqla bütün sevənlərinə başsağlığı veririk. Onun işığı heç vaxt sönməyəcək, qəlbimizdə, sənət aləmində həmişə parlayacaq. Məkanınız cənnət olsun, dəyərli Fatma Karanfil. Bütün sənət cameəsinə, ictimaiyyətə elan olunur”, - deyə meneceri qeyd edib.

Fatma Karanfil Yeşilcam filmlərində də rol alıb. Azərbaycan tamaşaçıları isə Fatma Karanfili daha çox "Aşk-ı Memnu" serialında tanıyaraq seviblər. Serial 2 il davam edib.

Allah rəhmət eləsin!

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN