...Yer kürəsinin dağ kəməri fransız Alpından başlayıb yüz kilometrlərlə Avropanın üzərindən keçib cənubi Vyetnama qədər uzanır.

Qədim hindlilərin ədəbi dilində “Himalay” sözü “Qar iqamətgahı” deməkdir. Uca Tibet yaylası Hindistanı Orta Asiyadan ayırır. Tibet dağının dağ dərəsi ilə Asiyanın böyük İnd və Braxmapur çayları axır. Öz gözəlliyinə görə Himalay dağı donub qalmış ləpəyə bənzəyir. Bizim planetimizdə hündürlüyü 8 kilometrdən çox olan 14 dağ zirvəsi vardır. Bunlardan 10-u Himalay dağında yerləşir. Bundan əlavə, Himalayın şimal-qərbində hündürlüyü 8 kilometrdən az olan “Qaraqorum” dağ zirvəsi vardır. Hindistanın cənubundan Himalaya yaxınlaşmada biz gözlədiyimiz çox böyük dağı görmürük, əvəzində ancaq təpə görünür. Səyahətçi dağ aşırımından keçib “Şirvalik” dağının üstündə olanda ilk dəfə 3-4 kilometr hündürlüyünə qalxmış qayalıq təpəni, çox köhnə sarayı və kiçik qala görür. Bu yalnız kiçik Himalaydır. Hindistanda bu dağı “Maxabarat” adlandırırlar. Nəhayət, Qafqazı xatırladan daraqlanmış daşlı dağa dırmaşın uzaqdan əzəmətli, başı ağ qarlı böyük Himalayı görürsən.

Kiçik və böyük Himalayın 1 və 1,5 kilometr hündürlüyündə uzununa uzanmış Katmandu və Kəşmir vadisi yerləşir. Qarla örtülmüş, dağ zirvəsi tufanlı, şəlaləli meşələrlə əhatə olunmuş bu vadi yer kürəsinin guşəsinə bənzəyir. Hündür, əlçatmaz dağlar insanlarda iki duyğu yaratmışdır: qorxu və hörmət etmək. Hindlilər Meru dağının yerləşdiyi ərazini “Allahlar məmləkəti” adlandırmışlar. Onların mülahizələrinə görə bura yerin mərkəzidir. Günəş, ay və ulduzlar bu dağın ətrafında fırlanır. Yeri gəlmişkən, Budda dininin yaradıcısı olan Budda 2500 il bundan əvvəl Nepal şəhərində anadan olmuşdur. Hər il çoxlu sayda zəvvarlar buraya gəlib müqəddəs məbəddə ibadət edirlər. Bataqlaşmış dağ zirvəsi çox sayda gizli və qəribə sirr saxlayır. Bunlardan biri müəmmalı sayılan qar adamdır. Burada yaşayan Nepal və Hindistanın Himalay xalqları və alpinistlər deyirlər ki, onlar qar adamının özünü, izinivə bərkdən bağırmasını eşidiblər. İngilis alpinisti Erik Sipton bacararaq buzluqda düz yeriyən, çox böyük iki ayaqlı məxluqun aya izinin şəklini çəkmişdir. Ayaq izinin uzunluğu 45 sm-dir. Dağın Everest adlı zirvəsi hindistanlı topoqraf xidmətçisi, mayor Corc Everestin adındandır.

Himalay dağının hündürlyü hər il 3, 10 milli metr artır. Kifayət qədər faciəli səhifə yazılmışdır: Himalay dağına qalxmaqla onlarla alpinistlər “Qar iqamətgahı” adlanan Himalayın yamacında həmişəlik qalmışlar. Buna baxmayaraq, hər il Himalaya yeni alpinistlərin gəlməsi davam edir. “Olduqca çətin və təhlükəli olan Everestə gəlməyi sizi nə məcbur edir?” sualına alpinist Mellori sadəcə olaraq demişdir: “Çünki o var!”

Meşə ərazisi yalnız şəri Himalay dağının ətəyinə yaxındır. Cəngəllik dağ zirvəsinin bu hissəsində səciyyəvi nəmli, tropik meşədə, saralmayan bitki, həmişəyaşıl ağaclar, hind palıdı ilə zəngindir. Bura nəhəng vəhşi fillərin, ilanların və meymunların çoxluq təşkil etdikləri ərazidir. Zoologiya mütəxəssislərinin hesabatına görə bura fillər ailəsinin yaşadığı sıxlıq sahədir. Heyvanlar bu çəmənlikdə heç bir təhlükə olmadan azad yaşayırlar.

Dağın hündür hissəsində yalnız palıd və iri, gözəl, ətrli çiçəkləri olan həmişəyaşıl ağacı və kollar vardır. 3 kilometr hündürlükdən sonra dağın döşündə, iynəyarpaqlı meşədə boylu-buxunlu Himalay şam ağacı bitir. Tədricən şam ağacları seyrəkləşir, çox ərazini daşlı sahə tutur, meşənin sahəsini Alp çəmənliyi əvəz edir, çoxillik bitki olan ağ çiçək bitir. Nəhayət, 5 kilometr hündürlükdən sonra qarın hökmranlığı başlayır. 1000 metr hündürlükdən sonra yaraşıqlı şam ağaclı meşələr başlayır. Burada səyahətçini bihuş edən tikanlı yasmin çiçəyi vardır. 1800 metrdən 2500 metrə qədər olan ərazidə nəmli subtropik meşə və Bibliyada adı çəkilən məşhur Livan sidr ağacı bitir. 2,5 km hündürlüyə qalxanda küknar meşəsinə rast gəlirsən, Ural dağının şimalında olduğu kimi. Sonra solğun otlar da bitməyən dağ səhrasının ərazisi başlayır.

Himalayın qarlı və buzlaq dağ zirvəsi nikahlanmış gəlinin ağ paltarına bənzəyir. Hindistan və Nepal dövləti tərəfindən Himalay dağının yamacında və vadisində vəhşi heyvanlar üçün yaşayış yeri olan park yaradılıb. Himalaya gələn turistlərin arasında icazəsiz ov edən adamlar da olur. Bunlar vəhşi heyvanlara daha çox ziyan verənlərdir. İndi Nepalda sağ qalmış 5 ədəd vəhşi fil, bir neçə onluqla pələng və kərgədan qalmışdır. Qoruqda sayı az olan qar bəbiri və bambuk meşəsinin sakini olan kiçik panda yaşayır. Bu bapaca panda Himalayın ən qəşəng heyvanıdır. Gündüz yumşaq tüklü başını və quyruğu burulmuş vəziyyətə salıb yatır. Gecələr bambuk kolluğunda olan cavan ağacların budaqları, giləmeyvə və yerə düşən palıd qozası ilə qidalanır.

Himalay dağının gözəlliyini qiymətləndirmək istəsəniz, hava yolu ilə Nepal dövlətinin paytaxtı Katmandu şəhərinə, yaxud dağın dərinliyində olan başqa şəhərə getməlisiniz. Ən yaxşısı odur ki, əyri dağ yolu ilə avtomobillə zirvəyə qalxasınız. Yalnız onda Himalay dağının cürbəcür gözəlliyini qiymətləndirə bilərsiniz.  Onun qarlı qayalarını, meşələrini, çəmənliklərini, göllərini və nefritdən (ağ, süd rəngli və yaşıla çalar bərk mineral) yaranmış buz parçalarını gördükdən sonra  dayanasan şəlalənin qarşısında. Çoxlu, bol buzlu sudan  2-3 qurtum içəsən, əhd edəsən ki, nə vaxtsa yenə qayıdacağam  bu çox gözəl, əzəmətli Himalay dağına...

 Bu məqalə “Yüz böyük möcüzə” kitabından tərcümə edilmişdir.

 İsa oğlu Məhəmməd Qarakilsəli

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN