Xalq şairi Nəbi Xəzrinin yubileyinə həsr olunmuş videoçarx hazırlandı...
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Xalq şairi, nasir, dramaturq, publisist Nəbi Xəzrinin anadan olmasının 100 illiyi ilə əlaqədar “Nəbi Xəzri – 100” adlı videoçarx hazırlandı.
Videoçarxda oxucu və izləyicilərə şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verilir. Qeyd olunur ki, dənizi və dənizin ətrini yayan xəzri küləyini çox sevdiyindən şair 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür. Müasir poeziyamızın görkəmli nümayəndəsi Nəbi Xəzri “Günəş” adlı ilk ciddi şeirini 16 yaşında qələmə almışdı. Oxuculara Xalq şairinin məşhur şeir və poemalarının adları təqdim edilir. Videoçarxda şairinin mükafatları, şeirlərinə yazılmış mahnılar qeyd olunur, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat verilir.
Videoçarx aşağıdakı keçiddə yerləşdirilib: https://www.youtube.com/watch?v=CvFtfkfG51k
Y.Məmmədli