Gürcüstanın builki dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən Azərbaycan və erməni dilli teatra ayrılan pul vəsaiti məlum olub.

TEZADLAR.AZ xəbər verir ki, Tbilisidəki Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına 312 min lari, Petros Adamyan adına Tbilisi Dövlət Erməni Dram Teatrına isə 689 min lari həcmində vəsait ayrılıb.

Bundan başqa, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə 62 min lari ayrılıb. İllik müqayisədə muzey üçün nəzərdə tutulmuş dövlət vəsaitinin məbləği dəyişməz olaraq qalıb, teatrın dövlət büdcəsindən maliyyələşdirilməsi isə 1,7 dəfə artıb. Muzey 40 min larini əməkhaqlarının ödənilməsinə yönəldəcək, 22 min larini isə qanunla icazə verilən xidmətlər əsasında əldə edə biləcək. Teatr üçün ayrılan vəsaitin 293 min larisi əməkhaqlarının qarşılanması üçün nəzərdə tutulub. Mədəniyyət ocağı il ərzində 18 min lari həcmində qanunvericiliyə uyğun xidmətlər əsasında gəlir əldə etmək hüququna malik olacaq. Digər xərclər üçün isə min lari sərf olunacaq.

teleqraf.com

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN