“Təklif edirəm ki, hər məktəbin bu fondun daxilində hesabı olsun və  ora köçəcək pul da həmin məktəbə xərclənsin”.

Bu fikirləri təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov  “Təhsilin İnkişafı Fondu”nun  fəaliyyətindən danışarkən bildirib. 

O, “Təhsilin İnkişafı Fondu”nun yaradılmasını  müsbət qiymətləndirdiyini, artıq hüquqi bazanın olduğu üçün valideynlərin də məktəbə fond vasitəsilə - qanuni  şəkildə maddi yardım edə biləcəyini açıqlayıb .

“Çünki ölkədə müəyyən qədər maddi resursu olan şirkətlər, fiziki və hüquqi şəxslər var. Onlar bu fonda maliyə  dəstəyi göstərə bilər. Bizdə müxtəlif təhsil müəssisələri dövlətdən maliyələşir. Bu baxımdan da fiziki və hüquqi şəxslər təhsil sahəsinə yardım etdikdə müəyyən problemlər yaşayırlar. Çünki bu məsələnin hüquqi bazası yox idi və belə bir model tətbiq edilməmişdi. Fondun yaradılması da həmin məsələnin inkişafına tövhə verəcək. Valideyn övladının oxuduğu məktəb üçün maddi yardım etmək istəyirsə,  həmin prosesi bu fond vasitəsi ilə həyata keçirilə bilər”, - deyə vurğulayıb.. Onun sözlərinə görə, bu fond vasitəsi ilə valideyn qeyd olunan məktəbə  maliyəni təqdim edərək baş verən prosesə nəzarət etmək imkanı əldə edəcək.

Qoşqar Məhərrəmov  “Təklif edirəm ki, hər məktəbin bu fondun daxilində hesabı olsun və  ora köçəcək pul da həmin məktəbə xərclənsin”  bildirib.

 Onun fikrincə, fondun yaradılması nəticəsində rüşvətin və diğər xoşagəlməz halların qarşısı alınacaq.

 “Valideyn birbaşa xərcləmək istədiyi pulu bank hesabına köçürə bilər. Əgər direktor və müəllim valideyndən əldən pul alacaqsa, bu qeyri-qanuni olacaq, həmçinin, cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki artıq fond yaradılıb, kim yardım etmək istəyirsə,  o vəsaiti fonda köçürməlidir. Bu, birmənalı olaraq rüşvətin qarşısı ala bilər”, - deyə bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN