BİO-da Olimpiada Hazırlıq Mərkəzinin hazırlaşdırdığı məktəbli deyil, başqa məktəbin yetirməsi qalib gəlib... 

“Hətta 600 mümkün baldan olduqca az nəticə göstərənlərimiz də (cəmi 20 bal) olub.”

 Beylnəlxalq İnformatika Olimpiadasında Ramin Mahmudzadənin xatirəsi ehtiramla anılıb. Məktəblilərimiz bir bürünc medal qazanıb.

İndoneziyada keçirilən 34-cü Beylnəlxalq İnformatika Olimpiadası ötən gün başa çatıb. 90 olkənin nümayəndələrinin qatıldığı bu nüfuzlu olimpiadanın bağlanış mərasimi keçirilib.

Yogyakarta şəhərində təşkil olunan bu mötəbər tədbirdə bir neçə gün öncə dünyasını dəyişən, Beynəlxalq İnformatika Olimpiadasında xeyli müddət Azərbaycanı təmsil edən, informatikanın inkişafına ciddi töhfə verən Ramin Mahmudzadənin də xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, olimpiada ilə bağlı  “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz fikirlərini bölüşüb.  

Ekspert bir neçə ildir ki, olimpiadada Azərbaycanı təmsil edən məktəblilərin medal sayının azalmağa doğru getməsindən təəssüflənib.

 “Ötən olimpiadalardan fərqli olaraq Azərbaycan məktəbliləri bu olimpiadada cəmi bir bürünc medal qazanıb. Məktəblimiz Səid Nəsibov 163 bal toplamaqla 168-ci yeri qazanaraq bürünc əldə edə bilib” – deyə bildirib.

Onun sözlərinə görə, ölkəmizin informatika komandasının bu nəticəsini elə də uğurlu hesab etmək olmaz.

“Ötən il komandamız iki bürünc, 2020-ci ildə isə üç bürünc medal qazanmışdılar.

Komanda hesabı üzrə toplanan balları illər üzrə müqayisə etdikdə, nəticələrin ilbəil aşağı düşdüyünü müşahidə edirik. Maraqlıdır ki, bu il, hətta 600 mümkün baldan olduqca az nəticə göstərənlərimiz də ( cəmi 20 bal) olub.

Görəsən, TN tərəfindən bir il ərzində xeyli resurslar ayrılmasına, olimpiadaya hazırlıqla bağlı xüsusi Mərkəz formalaşdırılmasına baxmayaraq, nəticələrin zəifləməsinin səbəbi nəylə bağlı olub?

Nə üçün qalib gələn şagirdimiz adı çəkilən Olimpiada Hazırlıq Mərkəzinin hazırlaşdırdığı məktəbli deyil, tam fərqli bir məktəbin, Müasir Təhsil Kompleksinin müstəqil hazırlaşan məktəblisi olub?”, - Osman Gündüz açıqlayıb.

 Və o, belə olan təqdirdə Təhsil Nazirliyini bu qədər vəsaiti xərcləməsinə təəccübləndiyini bildirib.

“Əgər belədirsə, onda TN-nin və sponsorun bu qədər resurslar ayırmasının nə mənası oldu. Maraqlıdır ki, həm də nədənsə ölkədə daha güclü hesab olunan məktəblilərimiz, məsələn respublika oluimpiadasının qalibi Xizri Saxrayev bu olimpiadada iştirak etməyib. Görəsən, seçimlər hansı prinsiplə olub”.

Osman Gündüz Təhsil Nazirliyinin bu suallara aydınlıq gətirəcəyinə ümid etdiyini də bildirib.

O, həmçinin bildirib ki, qonşu ölkələrin nəticələrinə nəzər salanda görmək olar ki, onlar daha ciddi hazırlıqlar ediblər, daha uğurlu nəticələr qazanıblar.

“Azərbaycanın 90 ölkə içərisində ümumi hazırlıq göstəricisi də 69- cu yerdə olmaqla elə də uğurlu hesab oluna bilməz.

Beylənlxalq İnformatika Olimpiadasının bu dəfəki qalibləri də, həmişə olduğu kimi, Çin, Yaponiya, ABŞ və Kanada məktəbliləri olub. Ukrayna məktəbliləri də bu dəfə xeyli fərqləniblər.

Əslində ən yüksək bal toplayanların elə hamısının Çin ölkəsi olduğunu da demək olar, çünki başqa ölkələr qeyd olunsa da siyahıdan görünür ki, qaliblər elə çinlilər olub”,- o, vurğulayıb.

 Ekspert qeyd edib ki, artıq ölkəmizdə informatikaya münasibət dəyişib və yeni informatika mühiti formalaşmaqdadır.

“ Gələn il İT ixtisas seçənlər kimyadan deyil, ilk dəfə olaraq informatikadan qəbul imtahanı verəcəklər. Odur ki, məktəblərdə, valideynlərdə və uşaqlarda informatikaya diqqətin artdığını müşahidə edirik. Ümid edirəm, TN informatika üzrə talantlı və qabiliyyətli uşaqların seçilməsi və olimpiadaya hazırlaşması üçün, olimpiadaya hazırlıq Mərkəzinin işinin təkmilləşdirilməsi üçün diqqəti daha da artıracaq.

Olimpiadanın bürünc mükafatçısı olan Səid bəyi, onun müəllimlərini və valideynlərini, məktəb rəhbərliyini təbrik edirəm”, - deyə Osman Gündüz bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN