Niyə yüksək bal toplayan abituriyentlər xaricə üz tutur?

Məsələ ilə bağlı Milli Məclisin Təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev açıqlama verib.

O, qeyd edib ki, yüksək bal toplayan abituriyentləri qane etməyən məsələlər çoxdur: “İnformasiya-kommunikasiya texnologiyaları elə inkişaf edib ki, hələ məktəb yaşından şagirdlər bizim universitetlərin adlarının reytinq cədvəlində olmamasını, təhsilin keyfiyyətinin çox aşağı olduğunu görürlər. Eyni zamanda, professor- müəllim heyətinin keyfiyyəti, təhsil mühiti qənaətbəxş deyil. Ali məktəblərin laboratoriya təchizatları, xarici ölkə universitetləri ilə müqayisədə çox zəifdir. Xüsusilə tibb sahəsində fərq böyükdür. Ona görə də abituriyentlər seçim qarşında qalmalı olur. Təbii ki, abituriyent yüksək nəticə göstəribsə, deməli, yüksək istedadı var. O, istedadını puç etmək istəmir. Ona görə də daha yaxşı təhsil almaq istəyir. Bu baxımdan, onlar xarici universitetləri seçirlər”.

E.Əliyev Azərbaycan universitetlərində islahatların aparılmasına ehtiyac olduğunu bildirib: “Çox təəssüf ki, müstəqillik əldə etdiyimiz vaxtdan bəri universitet islahatları apara, özəl təhsil sistemini formalaşdıra bilmədik. Dövlət ali məktəblərinin əksəriyyətində rektorların səriştəsizliyi, tamahı nəticəsində dünyaya çıxa biləcək bir neçə universitet qura bilmədik... Təəssüf ki, Azərbaycanda həkim yetişdirən yalnız bir ali məktəb var. Burada da təhsiln keyfiyyətində ciddi qüsurlar müşahidə olunur. Yəqin 700 bal toplayan abituriyentimizin universitet haqqında məlumatı var ki, burada yaxşı həkim kimi yetişmək mümkün deyil. Təhsilin müddəti, keyfiyyəti, əlaqələri, professor-müəllim heyətinin tərkibi qanedici olmadığı üçün gənclər xaricə üz tuturlar”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN