Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi barədə qərar imzalayıb. Bundan sonra qurum əlavə tədrisi özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə hökümətə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğvi də bu fərmanın tələblərindən irəli gəlib.

Nəzərə alınsa ki, “Təhsil haqqında” qanunun 24-cü maddəsinə görə əlavə təhsil Ali məktəblərin əlavə şöbələrində, əlavə təhsil haqqında lisenziya almış ayrı-ayrı qurumlarda, o cümlədən müvafiq icra orqanlarında- ayrı-ayrı dövlət qurumlarının nəzdində yaradılmış əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir.

Halbuki hazırda əksər dövlət qurumlarının nəzdində əlavə təhsil mərkəzləri mövcuddur. Əslində bu mərkəzlər əlavə təhsillə yox, sertifikatlaşdırma və dərəcələrin verilməsi ilə məşğuldurlar. Bu da təbii ki, qanunun tələblərini pozur.

Təhsil üzrə ekspert Elşad Qafarov ölkədə əlavə təhsilin arzuolunan səviyyədə olmadığını bildirir: “İstənilən inkişaf etmiş ölkədə əlavə təhsillə əsas təhsillə yanaşı addımlayır. Əslində, son 10-15 ildə ölkəmizdə əlavə təhsil tamamilə çökdürülüb. Ona görə də ölkə başçısı İxtisaslaşdırma və İxtisasartırma İnstitutlarının ləğvi ilə bağlı fərman imzalayıb. Bu da onunla əlaqədardır ki, Təhsil Nazirliyi ilə əlavə təhsil verən qurumlar iş birliyində deyildi.

Halbuki əlavə təhsil verən qurumlar birbaşa Təhsil Nazirliyi davamlı əlaqədə olmalıdır. Lakin əksər qurumlar əlavə təhsili özfəaliyyət səviyyəsində qurublar. Ona görə də Baş nazirin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki tədris mərkəzinin ləğv olunması düzgün addımdır. İnanırıq ki, bunun davamı gələcək”.

E.Qafarov onu da bildirir ki, əlavə tədris mərkəzləri Təhsil Nazirliyindən lisenziya almalıdırlar: “Eyni zamanda, tədris prosesi nazirliklə əməkdaşlıq çərçivəsində aparılmalıdır. Eləcə də, Elm və Təhsil Nazirliyinin də həmin tədris mərkəzlərinə davamlı metodiki dəstəyi olmalıdır. Nazirlər Kabinetinin “Əlavə təhsil haqqında” qərarı var. Və əlavə tədris məhz həmin qərarın müəyyən etdiyi qaydalar əsasında həyata keçirilməlidir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN