25 illik stajı olan müəllimlər üçün fəxri döş nişanı təsis ediləcək

 Qazaxıstan Təhsil Nazirliyində 25 ildən artıq əmək stajı olan müəllimlər üçün “ Ұстаздық қызметіне адалдығы үшін ”   (“Müəllimlik peşəsinə sədaqətinə görə”- red)  döş nişanının təsis edilməsi planlaşdırılır.

 “Dövlət başçısı müəllimlərin dəstəklənməsinə xüsusi diqqət yetirir. Onun tapşırığı ilə biz əmək haqlarının artırılması,  həddindən artıq hesabatlılıqdan azad edilməsi istiqamətində çalışırıq”, - deyə təhsil nazirinin müavini Şolpan Karinova bildirib.

  «Ұстаздық қызметіне адалдығы үшін»  döş nişanı məktəbəqədər, orta ixtisas, texniki və peşə, orta ixtisas, əlavə təhsil müəssisələrinin müəllimlərinə veriləcək. Döş nişanı 25 ildən artıq müəllim işləyən əməkdar müəllimlərə veriləcək.

Nazir müavini bununla müəllimləri daha da peşəsini sevməyə və həvəsləndirməyə çalışdıqlarını vurğulayıb.

“Beləliklə, biz öz işinə sadiq olan, gənc nəslin tərbiyə və təhsilinə böyük töhfə verən müəllimləri həvəsləndirmək istəyirik”, -  Karinova deyib.

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN