Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir.
Bu fikri KİV-ə açıqlamasında təhsil üzrə mütəxəssis Kamran Əsədov bildirib.
O, diqqətə çatdırıb ki, ali təhsil ocaqları əmək bazarına uyğun ixtisaslar irəli sürmürlər və tələb nəzərə alınmır.
"Bunun əsas səbəbi isə ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələb və istəklərinin nəzərə alınmamasıdır. Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyulursa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir", deyə ekspert vurğulayıb.
Qeyd edək ki, son illərdə bəlli ixtisaslar var ki, həmin sahələr üzrə əli diplomlu işsizlərin sayı çoxalmaqdadır. Bəzi ixtisaslar sadəcə çox dəbdədir deyə seçim edilir, daha sonra isə işsizliklə üzləşəsi olunur. Halbuki dövrün tələblərinə uyğun bir çox prestijli ixtisaslar var ki, ölkədə həmin kadrlara ciddi ehtiyac var. Lakin ekspertin də dediyi kimi, əmək bazarı öyrənilmir.
JASMİN