Kiçik yaşlı uşaqların dərs yükünün çox olması, onlara verilən məntiqi tapşırıqların çətinliyi barədə bir çox valideynlər narazılıq etməkdədir.

Hətta bunun öhdəsindən gəlməyib uşaqlarını repetitor hazırlıqlarına göndərənlər də saysız-hesabsızdır. Hazırda məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərir ki, uşaqlar məktəbə daha hazırlıqlı şəkildə qədəm qoysunlar. Mütəxəssislər hesab edir ki, hazırlıq qruplarından məktəbə gedən uşaqlar daha rahat şəkildə məktəbə - dərslərə adaptasiya olunurlar.

***

 "Məktəbəhazırlıq qrupları həm bağçalarda, həm də məktəblərdə mövcuddur. Haqqında bəhs etdiyimiz qrupların məktəblərdə açılmasının əsas səbəbi bağçaların sayının az olması ilə əlaqədardır".

TEZADLAR.AZ xəbəbr verir ki, bunu KİV-ə məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib.

 

"Nəticədə onlar gələcəkdə məktəbə, dərsə nifrət etməyə başlayırlar."

 

O, vurğulayıb ki, bu səbəbdən, təhsil ocaqlarında məktəbəhazırlıq qrupları açılaraq uşaqların ən azından 1 il müddətində məktəbə adaptasiya olmalarına zəmin yaradır.

"Bu zaman uşaqlara ilkin həyatı bacarıqlar verilir.  Müşahidələr onu göstərir ki, 1 il müddətində hazırlıq keçən uşaqlarda sağlam düşüncə formalaşır. Bununla yanaşı, idrak və nitq bacarıqlarının formalaşmağında da məktəbəhazırlıq qruplarının rolu böyükdür”, - mütəxəssis deyib.

 Onun sözlərinə görə, valideynləri daima maarifləndirməyə ehtiyac var və  1-ci sinfə getməyən uşaqlara yazı yazdırmamağı tövsiyə edib.

Xalidə Musyaeva valideynlərə xitabən qeyd edib ki, onlar bilməlidir ki, övladlarına təkcə biliyin deyil, həyati bacarıqların da verilməsi çox vacib nüansıdr.

"Uşaqlar yazı yazmağı I sinifdə öyrənməlidir. Məktəbəhazırlıq qrupların proqramında yazı yoxdur. Sadəcə ilkin oxu bacarıqları, ümumi olaraq  nitq və səs bacarıqlarının üzərində işlənilir. Amma bəzi valideynlər bunu başa düşmürlər. Anlamırlar ki, övladlarının əlindən uşaqlığını alaraq, həyatlarını məhv edirlər. 4-5 yaşında uşaq oyun oynamalıdır. Kiçik yaşdan uşaqların dərslərlə, lazımsız informasiyalarla yüklənməsi onların psixologiyasına da təsir edir və müəyyən travmalar yaradır. Nəticədə onlar gələcəkdə məktəbə, dərsə nifrət etməyə başlayırlar”, - deyə mütəxəssis xəbərdarlıq edib.

 

JASMİN 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN