Elm və Təhsil Nazirliyinin keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri müəyyənləşib.

Elm və Təhsil Nazirliyi tərəfindən dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

2023/2024-cü tədris ilini əhatə edən VII qrant müsabiqəsinin qalibi olmuş Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ümmü Süleymanovanın rəhbərlik etdiyi "İstedadların Hazırlığı Laboratoriyası Mərkəzi" layihəsinin açılışı olub. Açılış 2023-cü il sentyabrın 23-də baş tutub. Tədbir Şəki şəhəri 14 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Şəki rayonunun tam orta məktəblərinin riyaziyyat və qeyri-ixtisas müəllimləri iştirak edib.

 ummu-3

Tezadlar.az xəbər verir ki, layihənin məqsədi Şəki rayonunun tam orta məktəblərinin 5- 6-cı sinif şagirdlərində riyazi - məntiqdən bilik və bacarıqların aşılanması, məntiqi zəkanın dərinləşdirilməsidir. Layihənin əvvəllində 5-6 -cı siniflərdə dərs deyən müəllimlərin 20 saatlıq təlimlərə cəlb olunması, paralel olaraq hər müəllimin öz şagirdlərində riyazi məntiqin dərinləşməsi və onların məntiqi yarış və olimpiadalara cəlb olunmasıdır.

"İstedadların Hazırlığı Laboratoriyası Mərkəzi" layihəsinin rəhbəri Ü.Süleymanovanın sözlərinə görə, təhsilin inkişafı üçün və şagirdlərdə məntiqi riyaziyyatı aşılayan bu layihə çox aktualdır: “Bildiyimiz kimi, orta məktəblərdə məntiq bir fənn olaraq tədris olunmasa da, ona imtahan və sınaqlarda rast gəlinir”.

ummu-2

Təhsildə olan bu problem Ü.Süleymanovanın diqqətini cəlb edib. Bu səbəbdən də o, ikinci ildir ki, bu mövzuya müraciət edərək, Elm və Təhsil Nazirliyinə layihə təklifi verərək qrant nüsabiqəsinin qalibi olub. Belə demək mümkünsə, "İSTEDADLARIN HAZIRLIĞI LABORATORİYASI MƏRKƏZİ" layihəsi "MƏNTİQ SƏFƏRBƏRLİYİ İNTELLEKTUAL MÜSABİQƏSİ" layihəsinin davamıdır. İnanırıq ki, layihənin icrası da uğurlu olacaq.

Qeyd edək ki, Ü.Süleymanova "Məntiq səfərbərliyi intellektual müsabiqəsi" layihəsini yüksək keyfiyyətlə icra etmişdir. Nəticə olaraq layihəyə cəlb olunmuş şagirdlərin məntiqi yarışlarda, "Kenquru" və "Lütfüzadə"  respublika olimpiadalarında yüksək bal toplamalarıdır. Və bu layihədən razı qalan valideynlər Elm və Təhsil Nazirliyinə təşəkkür məktubları göndəriblər.

Ü.Süleymanovaya yeni layihənin icrasında müvəffəqiyyətlər arzu edirik.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN