Gürcüstanda Kutaisi şəhərində keçiriləcək “48-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinalında və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcək tələbələrlərimizlə görüşdük.

 Bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında paylaşım edib.  

 Elmar Qasımov qeyd edib ki, tələbələrin elmi rəhbəri BANM -in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Ramil Şükürovdur.

 ““Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XIX Azərbaycan Birinciliyi) Bakıda keçirilib. Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) BANM bu yarışda 3 komanda ilə təmsil olunacaq.

Komanda üzvləri:

Rəvan Habil oğlu Qasımzadə - İnformasiya təhlükəsizliyi, 3-cü kurs;

Saleh Aydın oğlu İsayev - İnformasiya təhlükəsizliyi, 3-cü kurs;

Emin Məmməd oğlu Orucov - Kompüter mühəndisliyi, 3-cü kurs;

Əli Surxay oğlu Məhərrəmli - İnformasiya təhlükəsizliyi, 4-cü kurs;

Radmila Cavid qızı Musayeva - İnformasiya təhlükəsizliyi, 4-cü kurs;

Nadir Rüfət oğlu İsgəndərov - İnformasiya təhlükəsizliyi, 4-cü kurs;

Cəmil Mürşüd oğu Cəmaləddinli - Kompüter mühəndisliyi, 2-ci kurs;

Muhammed Hikmət oğlu Nuriyev - Kompüter mühəndisliyi, 2-ci kurs;

Vüsət İlqar oğlu Orucov - İnformasiya təhlükəsizliyi, 2-ci kurs”, - deyə rektor açıqlayıb.

Sonda BANM-nin rektoru Elmar Qasımov tələbələrinə uğurlar arzulayıb.

 

Biz də BANM-nin tələbələrinin “48-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinalında və Cənubi Qafqaz açıq çempionatında  uğur qazanacağına ümid edirik. 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN