Bakı Ali Neft Məktəbində Yurd Evi - yataqxana tələbələr üçün tam ödənişsizdir.
TEZADLAR.AZ xəbər verir ki, bunu BANM-nın rektoru, Əməkdar müəllim Elmar Qasımov bildirib.
"Biz bununla tələbənin özünü qazanırıq", - deyə rektor vurğulayıb.
Qeyd edək ki, Elmar Qasımov tələbələrinə dəstək verən, arxa duran rektorlardandır. Və bu mənada, həmin təhsil ocağının tələbələri adına sevinməmək olmur.
Onu da əlavə edək ki, bir çox tələbə yataqxanaları ödənişlidir. Hətta bəzi universitetlərin tələbədən yataqxana üçün 100-200 manat ödəniş haqqı aldığı da məlumdur. Halbuki onların çoxu külli miqdarda təhsil haqqı ödəyir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi (BANM) 2023/2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisi olub.

Belə ki, Prezident İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır.

Y.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN