Müəllimlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.

Bəlkə də bu səbəbdən neçə gündür ki, sosial şəbəkələrdə müəllimlər sertifikatlaşdırma prosesini müzakirə edirlər. Bir çox təhsil ekspertləri sertifikasiyanın keçirilməsinin tərəfdarı olsalar da, bəzi müəllimlər sertifikasiyaya o qədər də müsbət yanaşmırlar. Ekspertlərin fikrincə, pedaqoji təhsili olan hər bir müəllim sertifikasiyadan keçəcək. Müəllimlər arasında yaranan bu təşviş isə prosesin ilk dəfə keçirilməsi ilə əlaqələndirilir. Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən bölgələrdə müəllimlərlə görüşlərin keçirilməsi ilə bağlı məlumatlar da var. Bəzi müəllimlər yaranmış vəziyyətlə bağlı sertifikasiyanın ləğv olunacağı qənaətindədirlər.

Bəs sertifikasiyanın təxirə salınacağı məlumatı nə dərəcədə doğrudur? Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçiriləcək: “İlkin mərhələdə bu prosesdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Quba-Xaçmaz, Abşeron-Xızı, Gəncə-Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulur. Quba-Xaçmaz, Gəncə-Daşkəsən regional təhsil idarələri üzrə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilib. Bu tədbirlər davamlı olaraq bütün regionlar üzrə həyata keçiriləcək”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN