Kiyevi silahla təmin edən ABŞ və Avropa Ukrayna münaqişəsində açıq şəkildə tərəf tutub.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Qərbin mövqeyini şərh edib.

“Amerika və Avropa əvvəldən Ukraynaya silah göndərməklə belə bir vəziyyət yaratdılar ki, bu müharibədə açıq şəkildə tərəf tutdular”, – o, Ankarada türkiyəli jurnalistlərlə söhbəti zamanı deyib.

Fidanın sözlərinə görə, silahlı münaqişə ilə yanaşı, siyasi və iqtisadi mübarizə də gəlir. O, bunu “sözün ən geniş mənasında qlobal müharibə” kimi qiymətləndirdiyini vurğulayıb. Diplomat həmçinin əlavə edib ki, Ukraynada və Qəzza zolağında davam edən münaqişələr dünyanın qütbləşməsini artırır.

Xarici siyasət şöbəsinin müdiri qeyd edib ki, indiki mərhələdə ayrı-ayrı regionlarda iqtisadi və siyasi mübarizənin müharibəyə çevrilməsinin qarşısının alınması vacibdir.

Noyabrın əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko demişdi ki, dünya üçüncü dünya müharibəsi astanasındadır. Eyni zamanda o, informasiya müharibəsinin uzun müddətdir davam etdiyini vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN