İyunun 1-dən Bakı Slavyan Universitetində (BSU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.

Universitetdən "Təzadlar"a bildirilib ki, imtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282 nömrəli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək. İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin  giriş balları fakültələrdə müvafiq  lövhələrdə asılıb. BSU-da imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı  yaradılıb.  Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad, təklif  və fikirlərini qeyd etmək üçün This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  ünvanına yazmaqla, müraciət etmək olar.

Xatırladırıq ki, universitetin rəhbərliyi bir neçə ay olar dəyişdirilib. Bu, sadəcə, rəhbər dəyişikliyi deyil. Artıq universitetdə tədrisin keyfiyyəti də yaxşılaşmaqdadır və semestr imtahanlarının təşkili və keçirilməsindəki şəffaflıq görülən işlərin ifadəsidir... 

Tələbələrə daha böyük uğurlar arzulayırıq!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN